Tanınmış azərbaycanlı aktrisa vəfat edib – VİDEO + FOTO

Tanınmış azərbaycanlı aktrisa vəfat edib – VİDEO + FOTO
Azərbaycanlı gənc aktrisa Mila Əminə dünyasını dəyişib.

Miq.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən vəfat edib.
Belə ki, o, son 1 ay ərzində başağrısından şikayət edirmiş. 
Beyninə çirk yığılan aktrisa 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş "Semaşko” adına xəstəxana-red.) müalicə olunub. Lakin o, daha sonra Türkiyəyə aparılıb və orada vəfat edib.
Xatırladaq ki, "Üç badam bir qoz” filmində oynayan Mila Əminə digər 2 xanım həmkarı  ilə ekran işinin prodüseri Altun Mətləboğlundan şikayətçi olaraq onu dələduzluqda ittiham etmişdilər.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az