Tarixçi alim oğluna görə İsa Qəmbəri debata çağırdı

Tarixçi alim oğluna görə İsa Qəmbəri debata çağırdı

İsa Qəmbər oğlu İlkinin çəkdiyi və Azərbaycan tarixinin məhv edilərək erməniləşdirilməsi, tarixi torpaqlarımızın Ermənistan ərazisi kimi göstərilən "Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film” barədə dünənki araşdırmamdan sonra verdiyi açıqlama ilə özünü bir daha məhv elədi.

Yenipress.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

Z.Əliyev İsa Qəmbərin açıqlamasına cavabında yazıb:

1. İsa Qəmbər deyir: "İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır”.

Belə çıxır ki, İsa Qəmbər, sabah oğlunuz Ermənistan vətəndaşlığı qəbul edib, Azərbaycana qarşı müharibədə iştirak edə bilər? Yaxud sabah Azərbaycan adlı dövlətə, bayrağa xəyanət edə bilər?

Onsuz da bu film xəyanətdir. Bu cavabınız konkret bilirsizmi nəyi göstərir: "Yaxşı edib, özü bilər. Kimin nə işinə qalıb”. Sabah İlkin çıxıb deyəcək, Azərbaycan adlı dövlət olmayıb, siz də deyəcəksiz ki, 40 yaşı var, özü bilər?

Mən elə oğulu rədd edərəm. Vətənini sevməyən oğul məni necə sevə bilər?  Konkret ya mövqe qoy ortaya, ya da Rəsulzadənin bizə mirası olan Müsavatdan çıx get! Standart cavabla yaxanı kənara çəkmə! Mövzu Azərbaycanın tarixi və ərazi bütövlüyüdür!

2. "Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal Yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var”, - deyirsiniz.

İsa Qəmbər, bilirsiz, bu lap sizi məhv etdi! Demək, Azərbaycan tarixini erməniləşdirən, milli kimliyimizi, tarixi torpaqlarımızı ermənilərə məxsus olduğunu film vasitəsilə 3 milyon abunəçiyə çatdıran oğlunuz və ətrafı istedad göstərib? Onun hazırladığı tarixi filmlərin - hansılar ki, bəziləri bu torpaqlarla bağlıdır – heç birində Azərbaycan adı çəkilmir. Siz 3 milyon insana Azərbaycan torpaqlarını Ermənistan kimi təqdim edən oğlunuzu və ətrafını istedadlı adlandırıb dəstək verirsiz? Budur istedad? Anadan olduğu torpağı, dövləti Ermənistan ərazisi kimi göstərmək? Sizin istedad anlayışınız, bilirsiz, nə deməkdir? Vətənə xəyanət ediblər, torpaqlarımızı erməniləşdiriblər, amma maşallah, qəşəng ediblər. Eləmi?

3. "Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”, - deyirsiz.

Əvvəl deyirsiz, 40-a yaxın yaşı var, müstəqil insandır, sonra deyirsiz söhbət aparmağa ehtiyac var! 30 ildə ona bunu deməmisinizsə, demək, günahkar sizsiz.

Nə oldu? Bu boyda dövlətimizin torpaqlarını ermənilərə "hədiyyə verən” oğlunuzla ancaq soyqırımla bağlı statusuna görə söhbət etmək qərarına gəldiz? Azərbaycan adlı dövlətin, torpağın varlığını danmaq olar, amma soyrıqım demək olmaz?

4. İsa Qəmbər, deyirsiz tarixçisiz. Necə tarixçisiniz ki, oğlunuza Azərbaycanı göstərə, tanıda bilməmisiz. Məgər tarixçi oğlu vətən torpaqlarına xəyanət edib, onun ermənilərin olduğunu deyə bilərmi?

İsa Qəmbər, daha bu tarix sizi və sizin yetişdirdiyiniz övladı gördü. Xəyanətə nə cür don geyindirirsiz geyindirin, adı xəyanətdir. Azərbaycan torpaqlarında qədim Ermənistan olmasını demək XƏYANƏTDİR!

Azərbaycanı, onun ərazilərini və tarixini nəinki sizə, oğlunuza, heç kimə YEDİRTMƏYƏCİK!

Dəvət edirəm, gəlin, üz-üzə debata çıxaq. Gəlin, sizə tarixi və torpaqlarımızı göstərim. Ermənilərin kim və hardan gəldiklərini sübut edim”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az