Tarixdə ilk hava taranı edən AZƏRBAYCANLI -Baş leytenant

Tarixdə ilk hava taranı edən AZƏRBAYCANLI -Baş leytenant

Havada düşmənləri taran edən ilk azərbaycanlı

Ruslar Mircəfər Bağırovun oğluna heyran qaldılar

Rusiya tanınmış saytlarından biri Azərbaycan Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırovun oğlu Cahangir Bağırov haqqında məlumat dərc edib. Məqalərə İkinci Dünya müharibəsi zamanı "Lenin" mükafatı sahibinin qəhrəmanlıqları geniş yer tapıb. 

Mircəfər Bağırov 1918-ci ildə zədəgan ailəsindən olan tibb bacısı olan Mariya Sergeyevna ilə ailə qurur. Bir ildən sonra onların oğlu olur. Adını Cahangir qoyurlar. C.Bağırov 1919-cu ildə hələ atası yüksək vəzifə tutmayanda Həştərxanda dünyaya göz açıb. O, 7 yaşında anasız qalır. Uşaqlıq yaşalarından səmaya olan hədsiz marağı və sevgisi onu aviasiya məktəbində təhsil almağa sövq edir. Daha sonra Moskva Dövlət Universitetində təhsilini davam etdirir.

Müharibənin ilk günlərindən Cahangir ön cəbəhədə olur. Düzdür pilot kimi deyil, atıcı batalyonun komandiri kimi döyüşlərə başlayır. 1941-ci ilin oktyabr ayında Serpuxov ətrafındakı döyüşdə yaralanıb. Bir müddət reablitasiya keçir, aviasiya sahəsində biliklərini daha da artırır. Daha sonra 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşə davam edir. 1942-ci ildə hava döyüşlərində ağır yaralansa da, təyyarəsini endirə bilir. Bundan sonra həkimlər ona yenidən səmalara qalxmağı unutmağı məsləhət görürlər. 2,5 ay xəstəxanada müalicə aldıqdan sonra Cahangir radikal qərar qəbul edir və Birinci katib olan atasına məktub yazır. 

"Əziz atam. Bir müddətdir ki, mən Vətənimiz təhlükədə olduğu bir zamanda havayı çörək yeyirəm. Mən sənin, Azərbaycanın övladıyam. Mənim insanların üzünə baxmaqdan belə necə utandığımı bilirsənmi? Mənə cəbhəyə getməyə kömək et. Sübut edəcəm ki, atama layiqli övladam". Bu məktubu alan M.Bağırov hospitala oğlunun yanına gəlir və deyir: "Cəbhəyə get və qələbə ilə qayıt”.

Lakin 1943-cü il 5 iyul tarixində Cahangir Bağırov faşistlərlərlə qeyri-bərabər döyüşə girir. O, 11 alman təyyarəsindən bir neçəsini məhv edir. Amma hərbi sursatı bitir. Bu zaman Canahgir həyatının ən əsas qərarını verir və tarana gedir. Qırıcısı havada partlayır. C.Bağırov tarixə ilk hava taranı edən azərbaycanlı kimi düşür. Buna görə, baş leytenant Bağırov "Lenin" ordeni ilə təltif edilir. Ona SSRİ qəhrəmanı "Qızıl ulduzⅦ da vermək istəyirlər. lakin atası - Mircəfər Bağırov buna mane olur. "Mənim oğlum başqalarından nə ilə fərqlənir?”.

M.Bağırova edam hökmü verəndə də ancaq bir arzusunu dilə gətirir. Oğlunun məzarına getmək.../Istipress.com/

 
 Canahgir Bağırov
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az