Təhsil Nazirliyi Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında ilk dəfə olaraq pilot layihə - yay düşərgəsi təşkil edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, düşərgəyə fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və kimya-biologiya təmayüllü respublika liseyinin hər birindən 25 nəfər olmaqla, ümumilikdə 50 şagird cəlb edilib.
Düşərgə, tədris ilini əla qiymətlərlə başa vurmuş şagirdlərin yay tətilini daha maraqlı və səmərəli keçirməsi məqsədilə təşkil olunub. Bu müddət ərzində əylənmək və müxtəlif idman oyunlarına qatılmaqla yanaşı, uşaqlar maraqlı mövzular – komanda quruculuğu, liderlik, təqdimat bacarıqları, natiqlik, ekologiya və digər sahələr üzrə məlumatlanıblar.
Bundan başqa, iştirakçılar “Engineering for Kids” şirkəti tərəfindən təşkil olunmuş STEM üzrə 8 dərsdə müxtəlif raket, robot düzəldərək, onların praktik tətbiqinin birbaşa iştirakçıları olub, “Debat”, “Xəmsə”, “Breyn rinq”, “Da Vinçi Kodu” kimi intellektual oyunlarda öz dünyagörüşlərini nümayiş etdiriblər. Uğurlu pilot layihənin davamı olaraq, gələcəkdə digər məktəblilər üçün də yay düşərgəsinin təşkili nəzərdə tutulur.
Vətəninfo.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?