Ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə müxtəlif avadanlıqlar paylanılıb.
Məktəblərə 2 ədəd mobil araba, 16 ədəd Biochem və 16 ədəd Physio Labdiskləri, 2 ədəd İntel planşet verilib. Bunlardan 31-i Bakı şəhəri üzrə məktəb və liseylərə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə paylanıb. Bununla yanaşı aprel ayının 20-dən etibarən həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlərə yerli təlimçilər tərəfindən 5 günlük təlimlər təşkil olunub. Təlimlərin may ayının sonunadək yekunlaşması nəzərdə tutulur.
Müəllimlər üçün keçirilən təlimdə Labdisc texnologiyası ilə milli kurrikulum arasında inteqrasiya nəzərə alınaraq bu avadanlıq və proqram təminatı ilə tanışlıq və istifadə qaydaları sadə və mürəkkəb təcrübələrin aparılması, laboratoriya hesabatlarının hazırlanması qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur.
BioChem və PhysioGuide adlandırılan bu cihazların köməkliyi ilə 11 illik tədris sistemində şagirdlər müəllimlər tərəfindən əldə etdiyi nəzəri bilikləri bu cihazların bir neçə sensor düymələri vasitəsilə real müşahidəyə çevirmək fürsəti əldə edəcək.
Qafqazinfo
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?