Telman İsmayılovun nəvəsinin evini əlindən alırlar

Telman İsmayılovun nəvəsinin evini əlindən alırlar

İki mənzilə həbs qoyuldu

Moskva vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen, "AST” qrupunun təsisçisi Telman İsmayılovun Moskva ətrafındakı 3 torpaq sahəsi ilə bağlı sazişə həbs qoymaqdan imtina edib.

İstiPress-in rus mətbuatına istinadən xəbərinə görə, ümumi sahəsi 292 kvadrat metr olan, Moskvanın Kutuzov prospektində yerləşən beşotaqlı və altıotaqlı iki mənzilinə həbs qoyub.

Bu daşınmaz əmlak T.İsmayılovun 2005-ci ildə Fransada anadan olmuş nəvəsi Telmanın adınadır. Məhkəmə bu mənzillərlə istənilən sövdələşməyə qadağa qoyub.  

Arbitraj məhkəməsi mart ayında İsmayılovu bankrot elan edib və onun mülkiyyətinin satışı proseduruna açıb. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az