Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmadı
Millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, "Azəri-Türk” Qadınlar
Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə
alınmayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə AzNews.az-a T.Rüstəmxanlı özü məlumat verib.
O, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına
şikayət edəcəyini bildirib. T.Rüstəmxanlı namizədliyinin qeydə
alınmaması üçün heç bir səbəbin olmadığını vurğulayıb.
Qeyd edək ki, Tənzilə Rüstəmхanlı namizədliyini 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən irəli sürmüşdü.
42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı isə Musa Qasımlıdır.
M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən verib .
Bu dairədən isə hazırkı deputat Sabir Rüstəmxanlıdır.