"Terroristlər iqtisadi layihələri hədəfə alıb"
"Türkiyə uzun illərdir, terrorizmə qarşı mübarizə aparır. Terroristlərin
iqtisadi layihələri hədəfə alması hər zaman müzakirə mövzusu olub və
bunun üçün tədbirlər görülür".
Vətəninfo.az-ın Trend-ə istinadla məlumatına görə, bunu Bakıda
səfərdə olan Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu mətbuat
konfransında deyib.
Ferudin Sinirlioğlu deyib ki, təhlükəsizlik, terrora qarşı mübarizə üçün
lazımi tədbirlər görülür: "Bakı-Tbilisi-Ceyhan, TANAP layihəinin
təhükəsizliyi bizim üçün vacibdir və ona görə bütün tədbirlər görülür".