Tibb Universitetinə yeni - Rektor təyinatı

Tibb Universitetinə yeni - Rektor təyinatı

Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub.

Miq.az xəbər verir ki, bu barədə lent.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

G.Aslanova bildirib ki, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir. Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Qeyd edək ki, Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb.

Universitetdən yeni təyinatla bağlı geniş açıqlama veriləcəyi bildirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az