https://www.aztoday.az/wp-content/uploads/2019/01/bina-300x225.jpg 300w" sizes="(max-width: 440px) 100vw, 440px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block;" />
İşi araşdıran Korrupsiyaya qarşı Mübarizə İdarəsi MTK-nın inşa etdiyi binanın altındakı, MTK təsisçilərinə məxsus 900 kv.m.-lik obyektin satılıb bizə dəymiş ziyanın ödəniləcəyi ilə bizi ümidləndirdi. Biz də zərərimizin ödəniləcəyi təqdirdə, istintaqın və məhkəmənin çoxsaylı həbslər etməməsini humanist addım kimi qəbul etdik. Məhkəmə instansiyaları arasındakı sonraki 4 il ərzində baş verən məhkəmə ötür-ötüründən sonra, sonda Ali Məhkəmə sədrinin müəmmalı və qəfil təqdimatıyla obyektə qoyulan həbs qərarı götürülmüşdür. Halbuki iş icra mərhələsindəydi və obyektin hərraca çıxarılaraq satılıb ziyanlarımız ödənilməliydi. Beləliklə, obyektə qoyulan həbs qərarı hansısa kənar şəxsin (MTK təsisçisi Çingiz Rzayevin evdar xanımı Sevinc Rzayevanın) xeyrinə götürülmüşdür. Həbsi götürən məhkəmə bir məsələyə əhəmiyyət verməmişdir, o da, 900 kv.m.-lik qeyri-yaşayış sahəsinin müqavilədə dəyərinin 214.000 manat olmasına. Yəni qeyri-yaşayış sahəsinin 1 kv.m. 240 manata düşmüşdür. Bu qiymət müqavilənin tərtib edildiyi 2007-ci il üçün qeyri-yaşayış sahəsinə olan qiymətlərdən dəfələrlə aşağıdır. Nəticədə hüquq ədalətin tərəfində yox, güclünün(varlının) tərəfində olmuşdur. Bizim hər birimizin əlində "DAĞLAR” MTK-dan mənzil almağımızla bağlı MTK sədrinin və notariusun möhürüylə təsdiqlənmiş sənəd var, amma evsizik, beşinci ildir olmazın çətinliklərlə üzləşmişik. Biz dövlətin kimlərəsə verdiyi möhürə, notarial sənədləşməyə güvənərək on illərlə topladığımız məbləğlə mənzil almaq istəmişik. Lakin dələduzlara tuş gəlmişik. İndi isə onların tərəfini saxlayan məhkəmə instansiyaları ilə çəkişmədəyik.
Cənab Prezident, harayımıza səs verin, xahiş edirik. Son ümid yerimiz Sizsiniz. Bizi bu ölkədən, hakimiyyətdən küsdürənlərin qarşısını alın”.