Hazırladı: İlhamə Vəliqızı
Vətəninfo.az- xəbər verir ki, bu sözləri özünü kənd təsərrüfatının əkinçilik, bağçılıq, üzümçülük və s sahələrində sınamış ziyalı xanım və iş adamı Jalə Əmirbəyova deyir. Onun fikrincə modernləşən iqtisadi aləmdə dədə-baba üsulu ilə məhsul yetişdirmək aktual deyil. Bunun üçün yüksək texnologiyalardan istifadə etmək mütləqdir. Lakin məsələnin daha ciddi tərəfi avadanlıqlardan istifadə edəcək kadr potensialından asılıdır. Jalə xanım deyir ki, dövlətin dəstəyi və cənab prezidentin qayğısını hər zaman hiss edirik, sahibkarlığın inkişafı və irəliləməsi üçün bütün lazımi tədbirlər görülür, sərəncamlar imzalanır. Amma müasir texnologiyanın tətbiqi hələ məsələnin tam həlli demək deyil . Bu işin kökündə mütəxəssislər durur.
“Mən biznes fəaliyyətimlə yanaşı, həm də riyaziyyatçıyam. Uzun illər təhsil və tədris müəssisələrində işləmişəm. Sahibkarlıqla məşğul olmağım bu gün də gənclərin yanında olub, onların təhsil, iş və s. problemlərilə yaxından tanış olub, həlli yollarını axtarmağıma mane olmur. Bir çox yerlərdə gənclərlə görüşlər keçirir, onlarla diskussiyalar aparıram. Lakin gorürəm ki, bu kifayət deyil. Zənnimcə, kənd təsərrüfatı sahəsində çalışa bilən mütəxəssislərin yetişməsi üçün məktəblərdə əmək dərslərinə bu sahə ilə bağlı əlavələr olunmalı, məktəblilərin marağını bu yönə çəkmək lazımdır. Eyni zamanda, uzun müddətli proqramlar çərçivəsində regional təlim və təcrübənin keçirilməsi zəruridir. Axı nə üçün bugünün məktəblisini gələcəyin peşəkarı kimi indidən yetişdirməyək? Nəzərə alsaq ki, ölkənin əsas ərzaq məhsul təminatı məhz kənd təsərrüfatının payına düşür deməli, biz buna biganə qala bilmərik. Torpaq qiymətli sərvətdir onu həm qorumaq həm də işlətmək lazımdır”.
Qeyd edək ki, Jalə xanım uzun illər təhsil sistemində çalışmış, bir çox yerli və regional layihələrə rəhbərlik etmişdir. Bu gün də fəaliyyətinin böyük hissəsini xeyriyyə məqsədlərinə yönəldir və gənclərin daha fəal inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir.
Vətəninfo.az