Bu il orta məktəbin 9 və 11-ci siniflərini bitirərək ali məktəblərə və kolleclərə sənəd verməyə hazırlaşan məzunlar arasında çaşqınlıq yaranıb. Buna səbəb bəzi məktəb direktorlarının məzunlara veriləcək şəhadətnamə və attestatlarda yazılacaq qiymətlərin qəbul imtahanlarının nəticələrinə təsir edəcəyini bildirməsidir.
Bunu əlində əsas tutan direktorlar təşvişə düşən valideynlərdən mümkün qədər daha çox “şirinlik” almaq niyyətindədirlər.
Vətəninfo.az Modern.az-a istinadən məlumat verir ki, vəziyyətdən narahat olan valideynlər müxtəlif yollarla həmin “şirinliyi” ünvanına çatdırmağa çalışırlar.
Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə valideynləri çaşqınlıqdan qurtarıb.
“Ali məktəblərə və kolleclərə qəbulla bağlı müsabiqə şərtləri artıq elan olunub. Orada fənlər üzrə ayrılıqda olan ümumi nəticənin təsiri barədə məlumat verilməyib. Yəni qəbul imtahanı zamanı attestat və şəhadətnamə qiymətlərinin nəticələrə təsiri nəzərdə tutulmayıb”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?