Tramp Obamanı səriştəsiz adlandırdı: “Xalqımızı zorlayırlar”

Tramp Obamanı səriştəsiz adlandırdı: “Xalqımızı zorlayırlar”
ABŞ Respublikaçılar Partiyasından prezidentiyə namizədi Donald Tramp Çinin ticarət siyasətini tənqid edib. 

AzNews.az-ın CNN-ə istinadən məlumatına görə, o, İndianada seçkiöncəsi mitinqdə Çinin ABŞ-ı "zorladığını” iddia edib. 

"Biz Çinin bundan sonra da xalqımızı "zorlamasına” icazə verə bilmərik, onlar məhz bunu da edirlər”, - deyə Tramp bildirib. 

Analitiklər, "zorlama” deyərkən Trampın Çinin beynəlxalq ticarətdə ABŞ-ı üstələdiyi vəziyyətini nəzərdə tutduğunu bildirirlər.

Məlumat üçün bildirək ki, Tramp artıq dəfələrlə Çini valyutaya manipulyasiya etməkdə günahlandırıb və guya bunun sayəsində beynəlxalq bazarda ÇXR-in ixrac məhsullarının daha rəqabətədavamlı olduğunu bildirib. Siyasətçi hesab edir ki, bu, amerikan şirkətlərinə və onların əməkdaşlarına zərbə endirir.

İndianadakı çıxışı zamanı Tramp bu vəziyyəti dəyişəcəyinə söz verib: "Biz bunu dəyişəcəyik. Bütün kartlar bizdədir, bunu unutmayın”. 

Tramp həmçinin qeyd edib ki, Çinə deyil, çox səriştəsiz olan amerikan liderlərə qəzəblidir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az