“Turan”çılar jurnalisti döyənlərin cəzalandırılmasını istəyirlər

“Turan”çılar jurnalisti döyənlərin cəzalandırılmasını istəyirlər

“Turan” İnformasiya Agentliyinin  fotorepartyoru Ehtimad Budaqov və Agnetliyinin direktoru Mehman Əliyev jurnalist hüquqlarını pozan şəxslər barəsində cinayət təqibinin başlanmasına dair baş prokuror Zakir Qaralova və Bakı Şəhər İcra Hakimiyyətinini başçısı Hacıbala Abutalıbova müraciət edib. Bu barədə “Vətəninfo”ya jurnalist özü məlumat verib. Xatırladaq ki, E.Budaqov 2012-ci il aprelin 2-də Şəmsi Bədəlbəyli küçəsindəki mənzillərin sökülməsi ilə bağlı çəkiliş aparmağa gedib. Şəmsi Bədəlbəyli küçəsi, 20-ci mənzilin sahibi “Azadlıq” radiosuna müsahibə verərkən onun şəklini çəkməyə başlayıb. Elə bu zaman Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov və tanımadığı bir nəfər şəxslə (həmin şəxs də Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı olub) kobud şəkildə, təhqiredici ifadələr işlədərək  şikayətçidən və digər jurnalistlərdən çəkiliş aparmağı dayandırmağı tələb edib. Şikayətçi jurnalist olduğunu və  şikayət olduğu üçün gəlib çəkiliş apardığını bildirib. Bu anda Zülfəli İsmayılovun yanında gələn şəxs  kobud şəklildə “Azadlıq” radiosunun kamerasını əli ilə bağlamağa başlayıb. Zülfəli İsmayılov isə E.Budaqova  yaxınlaşıb və onu təhqir edib. Üstəlik, onu vurmağa başlayıb. Həmin fəhlə geyimli şəxslər E.Budaqovun üstünə hücum ediblər, onu nalayıq sözlərlə təhqir etməyə başlayıblar. Foroaparatını əlindən almağa çalışıblar. Bu anda Zülfəli İsmayılov E.Budaqovun üzünə yumruqla çoxsaylı zərbələr endirib. Bu zaman onu döyən şəxslərdən biri fotoaparatının obyektivini qırıb. “Nikon d70” markalı fotoaparat “Turan” İnformasiya Agentliyinə məxsusdur və real qiyməti 1200 AZN-dən çoxdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az