Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar hazırlıq işlərini tamamlayıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Bakıda 12-28 iyun tarixində keçiriləcək I Avropa oyunları ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra işlər görülüb.
Bununla əlaqədar Mərkəzin girişində I Avropa oyunlarının stend və bannerləri quraşdırılıb və ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni reklam çap məhsulları hazırlanıb.
Azərbaycana səfər edəcək turistlərə və qonaqlara daha yüksək xidmət göstərilməsi üçün Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssislərinə ingilis dili kursları təşkil olunub.
Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib və iş qrafiki şənbə və bazar günləri daxil olmaqla 21:00-a kimi uzadılıb.
Mərkəzin (+994 12 498 12 44) telefon nömrəsi qaynar xətt təyin olunub.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?