Türk nazir: "Türkiyəni Kürdüstan və Ermənistan arasında bölmək istəyirdilər"
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Türkiyədəki 15 iyul çevriliş cəhdi ilə əlaqədar rezonans doğuracaq bəyanatla çıxış edib.
Virtualaz.org-un Türkiyə KİV-lərinə istinadən məlumatına görə, nazir ictimai təşkilatların nümayəndələri və sahibkarlarla görüşdə bildirib ki, Türkiyədə çevriliş cəhdinin hədəfi ölkənin Ermənistan və Kürdüstan arasında bölünməsi idi.
"100 il əvvəl bölünmüş xəritəni reallığa çevirmək istəyirlər", - deyə nazir bildirib.
Miq.az