"Report” İHA-ya istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan arasındakı Qars sərhəd xətti kameralarla 24 saat hərbçilər tərəfindən izlənilir, sərhədin pozulması hallarına anındaca müdaxilə edilir.
Türkiyə ordusunun əsgərləri 15 dərəcə şaxtada 24 saat öz vəzifəsini yerinə yetirir.
"Sərhəd qartalları” ("Hudut Kartalları”) soyuq hava şəraitində belə sərhəd bölgəsinə nəzarət edir. Türkiyə-Ermənistan sərhədinə quraşdırılan termal kameralar vasitəsilə sərhədi pozanlara dərhal müdaxilə edilir.
Şəhid Piyada Onbaşı Mustafa Koçak sərhəd məntəqəsinin əsgərləri hər gün 10 kilometrlik ərazidə xidmət edirlər. Sərhədçilərin bir qismi əraziyə nəzarət edərkən, digərləri barmaqları tətikdə müşahidə qülləsində keşik çəkirlər.
Məlumata görə, Türkiyə ordusunun əsgərləri "dosta güvən, düşmənə gözdağı verir”. Əsgər xidməti vəzifəsini yerinə yetirərkən Türkiyənin bir vətəndaşının qadağan edilən bölgəyə girməsi müəyyənləşib. Həmin əraziyə dərhal zirehli maşın və hərbçilər cəlb edilib. Hadisə sərhəd məntəqəsindən komandir tərəfindən dəqiqəbədəqiqə izlənib, ərazidəki kəndli bölgədən uzaqlaşdırılıb. Bölgə qarış-qarış nəzərdən keçirildikdən sonra əməliyyat uğurla başa çatıb və hərbçilər sərhəd məntəqəsinə geri qayıdıblar.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı terrorçu PKK üzvlərinin Türkiyə sərhədini pozaraq bu ölkə ərazisinə keçdikləri barədə məlumat yaymışdı. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədini Rusiya ordusu qoruyur.






Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?