Türkiyə polisində “təmizləmə əməliyyatı”

Türkiyə polisində “təmizləmə əməliyyatı”

Türkiyədə 12 min 801 polis əməkdaşı işdən çıxarılıb.

Onların 2 min 523-ü yüksək vəzifəli polisdir.

İnformasiyaya görə, Türkiyənin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsi ölkənin 81 əyalətində əməliyyat keçirib. Əməliyyat nəticəsində aralarında müxtəlif rütbəli və vəzifəli polis əməkdaşları olmaqla 12 min 801 nəfər Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinərək işdən çıxarılıb.

Xəbərdə bildirilib ki, Ankarada 1350, İzmirdə 570, Diyarbakırda 650 və Hakkaridə 350 təhlükəsizlik məmuru tutduğu vəzifədən azad edilib.

Türkiyə Daxili İşlər Nazrilyinin mərkəzi aparatında işləyən 37 nəfər də tutduğu vəzifədən kənarlaşdırılıb.
 
Miq.az
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az