Türkiyənin Azərbaycandakı səfiri geri çağrıla bilər

Türkiyənin Azərbaycandakı səfiri geri çağrıla bilər
Vətəninfo.az-ın Türkiyə  Xarici İşlər  Nazirliyindəki  qaynaqlara istinadən xəbər verir ki, Türkiyədə keçirilən son parlament seçkilərindən sonra,  yeni qurulacaq hökumət,ölkənin müxtəlif xarici ölkələrdəki səfirlərinin bir qismini  geri çağıra bilər.
Məlumata görə, buna səbəb  keçirlən son parlament seçkiləri zamanı  diplomatik korpus əməkdaşlarının səsverməyə gələn Türkiyə vətəndaşlarına  PKK terror təşkilatının siyasi uzantısı olan HDP səs vermələri yönündə  təbliğat aparmalarıdır. Məlumata görə, bir çox səfirlik əməkdaşları sırf Gülənin tapşırığına əsasən PKK-nın siyasi qanadı olan HDP-yə səslərin verilməsinə səy göstəriblər.
Məlumata görə, belə səfirliklərdən biri də  Türkiyənin  Azərbaycandakı səfirliyidir.
İddialara görə, Türkiyə  xarici siyasət idarəsi tərəfindən belə bir halın baş verdiyi ilə bağlı məlumat daxil olduqdan sonra, səfir İsmayıl Alpər Coşkuna  rəhbəri olduğu səfirlikdə əməkdaşların keçirilən seçkilərə müdaxilə etmələri və səfirin bu halların qarşısını almaması istiqamətində addımlar atmaması  yönündə iradlar səsləndirilib.
Məlumata görə, seçkilərdən sonra Türkiyə Respublikası Yüksək Seçki Kurulu tərəfindən hansı ölkələrdə səfriliklərin seçkilərə  müdaxiləsi və HDP-yə səs verlməsi istiqamətində vətəndaşlara müdaxilə edildiyi ilə bağlı protokol hazırlanaraq  XİN-nə göndərilib. Bu siyahıda olan səfirlərin geri çağrılmaları və haqlarında araşdırma aparılmaları da XİN-nə göndərilən protokolda öz əksini tapıb.
 
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az