UEFA prezidenti: "Futbol dəyişəcək"

UEFA prezidenti:

"Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər". 

Miq.Az-ın məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin "Nova.rs" nəşrinə açıqlamasında deyib. 

Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: "Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Bizim bildiyimiz idman növünə qayıdacağını da görəcəksiniz. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək, azarkeşlərsiz meydana geri dönəcəklər". 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az