Vəkillər Kollegiyasına sənəd qəbulu başlayacaq

Vəkillər Kollegiyasına sənəd qəbulu başlayacaq
Ən qısa zamanda Vəkillər Kollegiyasına üzvlüklə bağlı elan veriləcək və sənəd qəbuluna başlanılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni seçilmiş sədri Anar Bağırov deyib.
A.Bağırov indiyə qədər baş verənlərə görə məyus olduğunu bildirib: "Hesab edirik ki, Vəkillər Kollegiyası burada müəyyən çatışmazlığa, haradasa səhlənkarlığa yol verib. Biz çalışacağıq ki, bundan sonra bu cür hallar baş verməsin”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az