Vergilər Nazirliyinin departament rəhbəri işdən azad edildi — FOTO

Vergilər Nazirliyinin departament rəhbəri işdən azad edildi — FOTO

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Miq.az  Report-a istinadən xəbər verir ki, Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.
Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.
Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.
N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. 
Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az