Dollarla alınan kreditlərin taleyi bu gün məhkəmədə müzakirəyə çıxarılacaq. Lakin Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması ilə bağlı keçiriləcək iclasında yekun qərar verilməyəcək. Bir ay ərzində isə dollarla bağlı kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, hazırki qanunvericilik, əgər müqavilədə başqa maddə nəzərdə tutulmayıbsa, borcların köhnə məzənnə ilə ödənilməsini nəzərdə tutur. Banklar isə müştərilərdən borcları yeni məzənnə ilə tələb etdiyindən problemli kreditlərin həcmi artmaqdadır. Vətəndaşlar kreditləri ödəməkdə çətinlik çəkir, bəziləri isə yeni məzənnə ilə ödəməkdən imtina edir.
Konstitusiya Məhkəməsinin qərarı ictimaiyyət tərəfindən maraqla gözlənilir. Məhkəmənin bankların, yoxsa vətəndaşların tərəfində olacağı hər kəsi düşündürən önəmli suallardandır.
Bəs, görəsən Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı vətəndaşlar nə düşünür? Sadə insanların məhkəmədən gözləntiləri nədir?
Musavat.com bu sualla şəhər sakinləri arasında sorğu keçirib. Sorğu iştirakçıları qərarın xalqın xeyrinə olacağına ümid etdiklərini bildiriblər.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?