Vətəninfo.az-ın xəbəri təsdiqini tapdı
Vətəninfo.az xəbər verir ki, Tahir Budaqovun Nizami Rayonu İcra başçısı vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Statistika Komitəsinin sədri təyin olinmasından sonra Nizami rayonu İcra Hakimiyyəti başçısının kim olacağı mətbuatın gündəmində idi.
Saytımızın əldə etdiyi məlumata görə, bu posta Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun təyin olunacağı gözlənilirdi.
Bu gün Azinforum.az saytının yaydığı məlumata görə, Arif Adil oğlu Qasımov
Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin
edilib.
Vətəninfo.az məlumatla bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən məlumatın doğruluğunu təsdiqləyiblər və bildiriblər ki, yaxın günlərdə Arif Qasımovun rayon ictimaiyyətinə təqdimatı keçiriləcək.
Yeganə Məmmədova