Restoran sahiblərindən biri obyektini qorumaq üçün icra başçısına pul verməli olub
İmişli rayonuna yeni icra başçısı təyin edilən Vilyam Hacıyev artıq rayon sahibkarlarını və Prezident Admnistrasiyasını özündən çıxarıb. TİA.AZ-a daxil olan məlumata görə, rayona gələn kimi iş adamlarını və müəssisə rəhbərlərini bir araya toplayaraq bundan sonra abadlıq işləri üçün hamının pul verməli olduğunu bildirib.
Mənbə bildirir ki, icra başçısı bu tapşırığı yuxarıdan aldığını və pul verməyənlər haqqında cinayət işi açdırcağını bildirib. Beləliklə pul yığma kompaniyası başlayıb. İcra başçısının ilk işi Heydər Əliyev parkı ilə bağlı olub. İki müəssisədən küllü miqdarda pul alan başçı yol çəkilişinə başlayıb. Daha sonra isə parkın içərisindəki, iki restoran sahibindən ağılasığmaz dərəcədə pul istəyib və pulu vermədiklərindən obyektlər uçurdulub. Obyekt sahiblərindən biri artıq bununla bağlı PA-ya əlində olan faktları ötürüb.
Amma Vilyam Hacıyevin tələbinə boyun əyənlərdə olub. Belə ki, bir restoran sahibi restoranını qorumaq üçün Vilyam Hacıyevə 160 min manatlıq hədiyyə verməli olub. Hədiyyənin nədən ibarət olduğunu dəqiqləşdirib, nəzərinizə çatdıracağıq.
Onu da xüsusi olaraq vurğulayaq ki, icra başçısının hamıdan pul tələb etməsi artıq ciddi narazılıq yaradıb və buna görə yaxın günlərdə etiraz aksiyalarının olacağıda söylənilir. Qeyd olunur ki, Vilyam Hacıyev artıq rayonda təsərüfat sahələrinə də əl qoymağa başlayıb.
TİA.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər