Vladimir Putin dördüncü dəfə and içib

Vladimir Putin dördüncü dəfə and içib
 Vladimir Putinin dördüncü dəfə prezident kimi Rusiya Federasiyasının Konstitusiyasına əl basaraq and içib.
 

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, andiçmə mərasiminə "Korteş” ("Aurus”) adlı yerli istehsal olan avtomobillə gedib.
Vladimir Putin zaldakı qonaqlarla salamlaşıb.
Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putinin prezident seçildiyini elan edib. 
Andiçmədən sonra Rusiyanın Dövlət Himni səslənib.

***

 Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb. 
 

"Report” xəbər verir ki, tədbir Böyük Kreml Sarayında keçirilir.  
V.Putinin dördüncü dəfə dövlət başçısı kimi ad içəcəyi mərasimə 5 minə yaxın qonaq dəvət olunub. 
Qeyd edək ki, Rusiyanın fəaliyyyətdə olan prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçirilən prezident seçkisində 76,69 faiz səs toplayaraq yenidən bu posta seçilib. O, 2000-ci il mayın 7-dən 2008-ci il mayın 7-dək prezident olub. 2008-ci il mayın 8-dən 2012-ci il mayın 12-dək baş nazir kimi Nazirlər Kabinetinə başçılıq edib. 2012-ci ildə keçirilən prezident seçkisində isə yenidən qalib gəlib. 
Xatırladaq ki, mayın 6-da Dmitri Medvedevin başçılıq etdiyi hökumətin səlahiyyət müddəti başa çatıb. Nazirlər Kabinetinin üzvləri tutduqları vəzifədə səlahiyyətləri yeni hökumət formalaşanadək müvəqqəti icra edəcəklər.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az