Xalq artisti iki dəfə ürəyindən əməliyyat olundu

Xalq artisti iki dəfə ürəyindən əməliyyat olundu

Xalq artisti, Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov ürəyindən ağır əməliyyat olunub.

VİZUAL.az-ın məlumatına görə, bu barədə aznews.az-a onun özü məlumat verib.

Onun sözlərinə görə, noyabrın 5-də halı qəfil pisləşib:

"Gecə məni Neftçilər Xəstəxanasına apardılar. Müayinə zamanı dedilər ki, əməliyyat olmalısan. Nəfəs ala bilmirdim. Ürəyimdə ağır əməliyyat aparıldı, stend qoyuldu. Yaşamaq üçün yol bu idi. İki gündən sonra ürəyimdə daha ikinci əməliyyat aparıldı”.

Xalq artisti bu əməliyyatını uğurla başa çatdığına və həyata ikinci dəfə qayıtdığına görə, onu əməliyyat edən həkimə təşəkkür edib:

"Məni həyata həmin xəstəxananın həkimi Abbasqulu Abbasquluyev qaytardı. Ailəm adından belə həkimlərə minnətdaram. Həqiqətən də bu insanların qədrini bilmək lazımdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az