İyulun 10-da Gəncədə baş verən iğtişaş zamanı xəsarət alan şəhər Baş Polis İdarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramov hadisənin təfərrüatlarını danışıb.
Miq.az APA-ya istinadən xəbər verir ki, S. Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib: "Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım".
S. Bayramov qeyd edib ki, Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar: "İğtişaş zamanı bir neçə istiqamətdən kütlə gəlməyə başladı. Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Mən özümü müdafiə edərkən sağ ayağımın bud nahiyəsindən zərbə aldım. Xəncər əslində bədənimə doğru istiqamətlənmişdi".
S. Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib: "Ali Baş Komandanın əmri olarsa, biz torpaqlarımızın müdafiəsinə də hazırıq".
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?