“Xəzər Lənkəran”ın sabiq qapıçısı: "O klub qəlbimdə qalacaq"

“Xəzər Lənkəran”ın sabiq qapıçısı:

"Hindistan Superliqası müxtəlif elementləri özündə birləşdirən və çoxlu tanınmış futbolçuların çıxış etdiyi yeni çempionatdı”.

Vizual.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran”ın keçmiş qapıçısı Toni Doblas deyib.

 

Hazırda Hindistanın "Dehli Daynamos” klubunda çıxış edən ispaniyalı qolkiper karyerası ilə bağlı fikirlərini bölüşüb.

 

2013-cü ildə "Xəzər Lənkəran”ın formasını geyinmiş Doblas Azərbaycandan getməsini də yada salıb:

"Napoli”dən öncə Azərbaycan klubunda çıxış etdim. Orda 1 mövsüm keçirdikdən sonra ayrılaraq, İtaliyaya üz tutdum. "Napoli”də də az oynasam da, o klub və Neapol həmişəlik qəlbimdə qalacaq. İtaliyada böyük şəhərdə yaşamaq, həmçinin dahi futbolçularla tanış olmaq imkanı qazandım. Buna görə də, ordakı karyeramı həmişə təbəssümlə xatırlayıram”.

 

"Napoli”dən sonra HİK klubunda çıxış etmiş Doblas Finlandiyanın iqlimini bəyənmədiyini bildirib: "Napoli”dən ayrıldıqdan sonra karyeramı Finlandiyada davam etdirdim. HİK komandasının heyətində titul qazandım, bundan əlavə Çempionlar Liqasında oynadım. Ancaq mən cənubdanam və şimalda yaşamaq "isti” adam üçün çətindi”.

 

35 yaşlı çərçivə qoruyucusu karyerasını yenidən Avropada davam etdirmək arzusundadı: "Hindistan Superliqası qısa çempionatdı, uzun çəkmir. Ümid edirəm ki, yanvarda Avropadan təklif gələcək. İngiltərə, İspaniya, İtaliya və Almaniya klublarından təklif alsam, daha yaxşı olar. Çünki adını çəkdiyim ölkələrin çempionatlarının səviyyəsi çox yüksəkdi”.

 

Qeyd edək ki, Doblasın hazırkı komandasında Roberto Karlos oynayan məşqçi funksiyasını yerinə yetirir. Bundan əlavə, Yon Arne Riise və Floran Maluda kimi tanınmış futbolçular da "Dehli Daynamos”un formasını geyinirlər.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az