Xəzərdə növbəti faciə: Neftçilər estakadadan dənizə töküldü

Xəzərdə növbəti faciə: Neftçilər estakadadan dənizə töküldü
Xəzərdə faciə: Neftçilər estakadadan dənizə töküldü

Ölən və yaralananlar var

Bakı yaxınlığında yerləşən "Bahar” Əməliyyat Şirkətində baş vermiş qəza nəticəsində bir neftçi ölüb,  3 nəfər isə ağır yaralıdır.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı öz "Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması baş verib), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib.

"Hadisə Bahar ƏŞ -nə məxsus 409-cu özüldə baş verib. Özül köhnədir, əsaslı təmirə ehtiyac duyulur. Bu özüldə 4 quyu var. 409, 414, 415, 417. Verilən məlumatda işçilər Təmir Tikinti İdarəsində çalışırlar və iş günü olmamasına baxmayaraq onları həmin qəzalı vəziyyətdə olan özüldə təmir işlərnini aparılması üçün göndəriliblər. İşçilər özüldə olan iri dəlikdən dənizə düşüb”,- deyə Mirvari Qəhrəmanlı qeyd edib.../İstiPress/

"Xəsarət alanlardan birinin də boyunu sınıb. Vəziyyətinin çox ağır olduğu deyilir. O yataqdakı quyulardan əvvəllər neft çıxarılıb. Sonra quyular dayanıb. İndi "Bahar Enerji Əməliyyat Şirkəti” quyuları yenidən təmir edib, işə salmaq istəyir. Söhbət 4 quyudan gedir. Həlak olan və xəsarət alanlar podratçı tikinti-quraşdırma idarəsinin işçiləri olub. Həmin yataq istismara yararsız olub...”-deyə Mirvari Qəhrəmanlı bu barədə AzadlıqRadiosuna da məlumat verib.


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az