Xırdalanda atışma-Ölən və yaralanan var

Xırdalanda atışma-Ölən və yaralanan var

Xırdalanda atışma baş verib

Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib. "Report" xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Xəyal Paşayev adlı digər şəxs isə odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Hadisə yerindən maddi sübut kimi bir ədəd "Makarov" tipli tapança götürülüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az