Xristianlar erməni kilsəsini niyə rədd edir? - Onları tanıyın! - FOTOLAR

Xristianlar erməni kilsəsini niyə rədd edir? - Onları tanıyın! - FOTOLAR

Erix Fromm ya­zır­dı ki, fa­şizm­lə mü­ba­ri­zə apar­maq və ona qa­lib gəl­mək yal­nız o za­man müm­kün­dür ki, onu ba­şa dü­şür­sən.

Bi­zə tuş gə­lən fa­şizm da­ha qə­lizdir. Bir tə­rəf­dən özü­nün xa­rak­te­ri­nə və xü­su­siy­yə­ti­nə, ta­ri­xi­nə gö­rə, di­gər tə­rəf­dən­sə onu bil­mə­mə­yi­miz sa­rı­dan. Biz bil­mi­rik ki, er­mə­ni­lik yal­nız 1905-ci ilin er­mə­ni-mü­səl­man da­va­sın­dan, 1918-in qət­lia­mın­dan, yüz­min­lər­lə soy­da­şı­mı­zın Qər­bi Azər­bay­can­dan qo­vul­ma­sın­dan, Xo­ca­lı­dan, Xan­kən­din­dən, Şu­şa­dan, cə­mi Qa­ra­bağ­dan iba­rət de­yil. Bun­lar ol­sa-ol­sa, er­mə­ni­li­yin üzə çı­xan tə­za­hür­lə­ri­dir.

Bu gün er­mə­ni­lər və er­mə­ni­lik haq­qın­da söy­lə­ni­lən bü­tün lə­ti­fə­lər, bir ba­la­ca elm­dən ba­şı çı­xan­la­rın iro­ni­ya­sı­na sə­bəb olan Ra­fa­el İş­xan­ya­nın la­tın­ca “al­ba­lı” və “dağ ke­çi­si” söz­lə­ri­ni er­mə­ni­ləş­dir­mə­si bir ya­na, an­caq bən­də­ni­zin bu ka­fir uşaq­la­rı­nı be­lə mə­zə­li söh­bət­lər­lə de­yil, da­ha cid­di ya­naş­ma­lar­la öy­rən­mə­yin zə­ru­ri­li­yi­nə inan­ma­ğı­nın ta­ri­xi o qə­dər də “qə­dim” de­yil. Hə­lə uni­ver­si­tet il­lə­rin­də Man­delş­ta­mın şe­ir­lə­ri­nin bi­rin­də iş­lə­nən “pi­şik mi­yol­tu­su tə­ki er­mə­ni di­li” ifa­də­si mə­ni o qə­dər ma­raq­lan­dır­mış­dı ki, bu di­li öy­rən­mək hə­və­si­nə də düş­müş­düm. Son­ra­dan qə­dim yu­nan, ro­ma mü­əl­lif­lə­rin­dən xey­li şey­lər oxu­dum, ar­dın­dan lə­nə­tə gəl­miş “er­mə­ni mə­sə­lə­si”, “er­mə­ni ko­lo­ni­ya­la­rı” möv­zu­la­rı­na müx­tə­lif ya­naş­ma­lar­la ta­nış ol­dum, əl­qə­rəz, er­mə­ni­li­yin ta­ri­xi, si­ya­si və ic­ti­mai kök­lə­ri­nə az-çox bə­ləd­çi­lik­dən son­ra ba­şa düş­düm ki, bi­zə tuş gəl­miş fa­şiz­mə - er­mə­ni­liyə is­teh­za ilə ya­naş­maq yal­nız işin zi­ya­nı­na­dır.



Tə­bii ki, er­mə­ni­şü­nas­lıq edə­si de­yi­ləm, açı­ğı, bu niy­yət­də bu­lun­ma­ğa cə­sa­rət də et­mi­rəm. Məq­sə­dim kon­kret­dir: er­mə­ni­li­yin və er­mə­ni mil­lə­ti­nin for­ma­laş­ma­sın­da, “Bö­yük Er­mə­nis­tan” dır­dı­rı­nın ta­ri­xi in­ki­şa­fın­da tək­zi­be­dil­məz ro­lu olan, er­mə­ni­lə­rin xa­rak­te­ri­nə, çağ­daş ic­ti­mai-si­ya­si ha­di­sə­lər­də­ki er­mə­ni bar­ma­ğına bö­yük tə­sir gös­tə­rən er­mə­ni di­ni­nin, er­mə­ni kil­sə­si­nin, er­mə­ni tan­rı­sı­nın ye­ri ba­rə­də bə­zi gər­diş­lər et­mək fik­rin­də­yəm. Bu mə­sə­lə­də bi­zə ha­mı yar­dım­çı ola­caq: er­mə­ni kil­sə­si­ni və di­ni­ni xris­ti­an­lı­ğa üz­qa­ra­sı he­sab edən din xa­dim­lə­ri, or­ta əsr­lə­rin alim­lə­ri, xris­ti­an bi­dət­çi­lə­ri, er­mə­ni ila­hiy­yat­çı­la­rı, hət­ta Tanrının oğ­lu İsa və onun həv­vadar­la­rı da. ►O za­man bi­lə­cə­yik ki, xris­ti­an­lıq pər­də­si al­tın­da iş­ğal­çı­lıq edən, “xris­ti­an qar­daş­la­rı”nın kö­mə­yi­nə ar­xa­la­nıb “Bö­yük Er­mə­nis­tan” istəyən, Adəm öv­lad­la­rı­nın qa­nı və ca­nı ba­ha­sı­na “xal­qı­nın azad­lı­ğı­na ça­lı­şan” er­mə­ni kil­sə­si, er­mə­ni as­ti­vat­sı bu dün­ya­da hət­ta, “xris­ti­an qar­daş­la­rı” tə­rə­fin­dən də rədd edi­lir. Elə isə da­ha bi­zə nə la­zım­dır? Düş­mə­nin aman­sız si­la­hı­nı - di­ni­ni bil­mə­yi­miz va­cib de­yi­lmi?

De­səm ki, er­mə­ni­nin gü­cü onun di­nin­də və as­ti­vat­sın­da­dır, bil­mi­rəm, bu­nun­la çox uza­ğa get­miş ol­mu­ram ki? Hər hal­da, fik­ri­min təs­di­qi ki­mi, dost­la­rım­dan bi­ri­nin da­nış­dı­ğı, onun da yaş­lı nəs­lin nü­ma­yən­də­lə­rin­dən eşit­di­yi ha­di­sə bu möv­zu­da xey­li şey de­yir.

    1918-ci ilin qa­rı­şıq dövr­lə­rin­də Qu­ba mü­səl­man­la­rı­nın kö­mə­yi­nə gə­lən türk pa­şa­sı bu böl­gə­də yer­lə­şən bir-iki er­mə­ni kən­di­nin əha­li­si­ni ta­ma­mi­lə qır­maq is­tə­yir­miş. Yer­li mü­səl­man­lar pa­şa­dan xa­hiş edir­lər ki, er­mə­ni kənd­li­lə­ri­nə to­xun­ma­sın. Xey­li xa­hiş-min­nət­dən son­ra pa­şa ra­zı­lıq ve­rir, an­caq şərt qo­yur ki, er­mə­ni­lər ya din­lə­ri­ni, ya da dil­lə­ri­ni də­yiş­sin­lər. Er­mə­ni ca­maa­tı dil­lə­ri­ni də­yiş­mə­yə ra­zı­lıq ve­rir­lər və uzun il­lər bu ka­fir uşa­ğı yal­nız azər­bay­can­ca da­nı­şır­lar. An­caq son­ra­kı ha­di­sə­lər təs­diq edir ki, er­mə­ni­lə­rə din­lə­ri­ni sax­la­ma­ğa ica­zə ver­mək­lə çox bö­yük səhv edib­lər. Çün­ki er­mə­ni dil və qan­dan, ruh və be­yin­dən da­ha çox di­ni­nə gö­rə er­mə­ni­dir. Er­mə­ni­li­yin çağ­daş dün­ya­da mey­dan su­la­ma­sı­nın ən bö­yük sə­bəb­ka­rı da məhz bu din­dir ki, bu “si­lah­dan” nə­in­ki biz­lər, elə “xris­ti­an qar­daş­lar”ı da xey­li qə­zəb­li­dir­lər...

Müa­sir er­mə­ni­li­yin nə qə­dər qor­xu­lu şə­kil al­dı­ğı ba­rə­də tam tə­səv­vür ya­rat­maq üçün Şel­lin­qin “Mi­fo­lo­gi­ya fəl­sə­fə­si­nə gi­riş” əsə­rin­dən oxu­du­ğum və nə vaxt­dan yad­da­şım­da ili­şib qal­mış par­ça­dan gö­zəl ifa­də ta­pa bil­mə­dim: “İb­ti­dai tə­fək­kür tan­rı­nın tək­li­yi­ni ona gö­rə qə­bul et­mir ki, onun va­hid­li­yi haq­qın­da nə­sə bi­lir, sa­də­cə, bu tə­fək­kür baş­qa tan­rı­la­rı tə­səv­vür et­mək qa­bi­liy­yə­tin­də de­yil. Hər­gah, hər han­sı xal­qın tə­fək­kü­rün­də bu cür sü­ni tan­rı tə­səv­vü­rü ya­ra­nıb­sa, o za­man hə­min xal­qın tə­fək­kü­rün­də­ki di­gər tə­səv­vür­lər sı­xış­dı­rı­la­caq və bu, hə­min xalq üçün əsl fa­ciə­yə çev­ri­lə­cək”.

Prin­sip­cə, müa­sir ta­rix bu cür əca­ib nü­mu­nə­lər­lə zən­gin­dir. Hit­ler rey­xi­nin sər­səm “ari irq” və “üs­tün in­san” ide­ya­sı da məhz Şel­lin­qin haq­qın­da bəhs et­di­yi “sü­ni an­la­yış­lar­la” bağ­lı mey­da­na çıx­mış hə­rə­kat­lar idi. An­caq uzun il­lər­dən bə­ri sü­rüb gə­lən və nə qə­ri­bə ki, hə­lə də xis­lə­ti­nə uy­ğun qiy­mə­ti­ni al­ma­yan er­mə­ni mil­liy­yət­çi­li­yi al­man fi­lo­so­fu­nun xə­bər­dar­lıq et­di­yi əca­ib­li­yin da­ha qa­ba­rıq for­ma­sı ol­maq­la, özü­nün bir sı­ra da­ha iy­rənc xü­su­siy­yət­lə­ri ilə hə­lə də fəa­liy­yət­də­dir.

Ümu­miy­yət­lə, mil­liy­yət­çi­lik mə­sə­lə­sin­də ha­mı tə­rə­fin­dən yek­dil­lik­lə qə­bul edil­miş va­hid rəy möv­cud­dur: mil­liy­yət­çi­lik ağ­lın yox, ina­mın məh­su­lu­dur. An­caq bu möv­zu­ya da er­mə­ni mil­liy­yət­çi­li­yi tə­rə­fin­dən önəm­li bir töh­fə ve­ri­lib. Əgər XIX əsr Av­ro­pa­sın­da mil­liy­yət­çi­lik “irq­çi­lik” ide­ya­sın­dan qay­naq­la­nır­dı­sa, er­mə­ni­lər ta­mam baş­qa kök­dən - din­dən və kil­sə­dən qi­da­la­nır­lar.

Doğ­ru­dan da, heç kə­sə sirr de­yil ki, er­mə­ni se­pa­ra­tiz­mi və mil­liy­yət­çi­li­yi sırf er­mə­ni di­ni­nin, er­mə­ni kil­sə­si­nin eh­kam­la­rı üzə­rin­də bər­qə­rar­dır. Er­mə­ni as­ti­vatsının do­ğub-tö­rə­di­yi və bu xal­qın ba­şı­na ye­rit­di­yi sər­səm ide­ya­la­rın ta­ri­xi isə nə qə­dər qə­dim ol­sa da, müa­sir er­mə­ni­li­yin xa­rak­te­rik xü­su­siy­yət­lə­ri­nə nə­zər sal­maq ki­fa­yət edir ki, nə­yin, ha­ra­dan qay­naq­lan­dı­ğı­nı mü­əy­yən edə­sən.



Əv­vəl­cə er­mə­ni­li­yin si­ya­si dün­ya­gö­rü­şü­nə xas bir ne­çə önəm­li nə­ti­cə­lə­ri­ni üzə­rin­də da­ya­naq. Er­mə­ni si­ya­si dün­ya­gö­rü­şü­nün əsa­sı­nı fərd­lə­rin və top­lu­mun öz sub­yek­tiv­li­yi­ni qo­ru­maq, xa­ri­ci dün­ya­ya tə­sir et­mək (bu­ra­da hər şey da­da ye­tir: göz yaş­la­rın­dan, şi­vən­dən baş­la­mış, ter­ro­ra qə­dər) təş­kil edir. Er­mə­ni­lə­rin si­ya­si dü­şün­cə­si­nin əsa­sın­da da­ya­nan ana­liz və de­duk­si­ya da məhz bu­ra­dan do­ğur. An­caq bu ana­liz və de­duk­si­ya­nın na­qis­li­yi­ni də ba­şa düş­mək la­zım­dır. “Biz se­çil­miş xal­qıq” şüa­rı ilə “qey­ri-adi xalq” an­la­yı­şı­na ina­nan bu top­lum­dan baş­qa bir şey göz­lə­mə­yi­nə də dəy­məz. Ona gö­rə də er­mə­ni tə­fək­kü­rün­də dün­ya­da baş ve­rən bü­tün ha­di­sə­lə­rin əsl ma­hiy­yə­ti­nin qa­ra qə­pik qə­dər də­yə­ri yox­dur. On­lar bü­tün baş ve­rən­lə­rə yal­nız uzun il­lər­dən bə­ri xa­rak­ter­lə­rin­də, tə­fək­kür­lə­rin­də for­ma­laş­mış sub­yek­tiv­li­yin və “se­çil­miş”li­yin gö­züy­lə ba­xır­lar. Bu “se­çil­miş­li­yin” və “ali”li­yin ne­cə və nə cür be­yin­lə­rə ye­ri­dil­mə­si­nə gə­lin­cə­sə, mən­cə, er­mə­ni başabəla “alim­lə­ri” ara­sın­da bö­yük nü­fu­za ma­lik Ra­fa­el İş­xan­ya­nın “İl­lüs­tra­si­ya­lı er­mə­ni ta­ri­xi” ki­ta­bın­dan gə­tir­di­yi­miz si­tat bu mi­fin biabırçı “el­mi­li­yi­nin” də­rə­cə­si­ni ba­riz gös­tə­rir: “Hər bir xal­qın ol­du­ğu ki­mi, er­mə­ni­lə­rin də öz an­tro­po­lo­ji xü­su­siy­yət­lə­ri var. Er­mə­ni­lər "ar­me­no­id" ad­la­nan fi­zio­no­mi­ya­ya ma­lik­dir­lər”.

Ya­xud: “Al­ba­lı­nın və­tə­ni Er­mə­nis­tan­dır. Be­lə ki, er­mə­ni­cə “dzi­ran” olan al­ba­lı­ya qə­dim ro­ma­lı­lar “ar­me­nia­kum”, yə­ni “er­mə­ni al­ba­lı­sı” de­yir­di­lər. Və ya ak­kad­lar dağ ke­çi­lə­ri­nə “ar­man” (ola bil­sin ki, da­ha qə­dim­də “ar­ma­id”) de­yir­di­lər. Bu da “er­mə­ni dağ ke­çi­si” de­mək­dir”.

Əs­lin­də, İş­xan­yan ki­mi sərsəm “alim­lə­rin” be­lə “kəşf­lə­ri­ni” qə­tiy­yən tə­sa­düf he­sab et­mək ol­maz. Bü­tün bun­lar er­mə­ni din xa­dim­lə­ri­nin əsr­lər bo­yu, hət­ta İsa­nın və Tan­rı­nın adın­dan da ya­lan­lar uy­dur­ma­sı­nın mən­ti­qi nə­ti­cə­si­dir. Mə­sə­lən, məş­hur er­mə­ni ar­xi­ye­pis­ko­pu İo­sif, I Pa­ve­lə həsr et­di­yi ki­ta­bın­da “Nuh Afe­ti, Afet Ho­me­ri, Ho­mer Ti­ra­sı, Ti­ras Tor­ko­mu, Tor­kom Hay­kı doğ­du ki, o da Nem­vrod­la bir­gə Ba­bil qül­lə­si­ni tik­mə­yə baş­la­dı. Er­mə­ni döv­lə­ti­nin ilk ya­ra­dı­cı­sı da məhz Hayk olub və ona gö­rə də biz er­mə­ni­lər özü­mü­zü “Hay­kın öv­lad­la­rı” ad­lan­dı­rı­rıq” yaz­maq­la, öz­lə­ri­ni bir­ba­şa Nu­hun nə­ti­cə­si­nin nə­və­lə­ri he­sab et­di­yi­ni de­yir.

Be­lə ba­xan­da, bu din xa­di­mi­nin yaz­dıq­la­rı ya­nın­da İş­xan­yan elə də bö­yük qə­lə­tə yol ver­mə­yib, de­yil­mi?

Hə­qi­qə­tən, er­mə­ni­li­yin ana­to­mi­ya­sı­na, in­ki­şa­fı­na nə­zər sal­dıq­da elə ilk ba­xış­dan­ca mə­lum olur ki, bun­la­rın in­di bü­tün dün­ya­ya qa­ra­ya­ra ki­mi yay­dıq­la­rı prob­lem­lər mil­lət­lə­rin və bə­şə­riy­yə­tin ta­ri­xin­də nə əv­və­lin­ci, nə də so­nun­cu­dur. Və bü­tün qa­ra­ya­ranın da mən­bə­yi bir­ba­şa er­mə­ni di­nin­dən gə­lir. Fə­qət bir az uza­ğa ge­dən­də mə­lum olur ki, sən de­mə, er­mə­ni si­ya­sə­ti­nin apa­rı­cı qüv­və­si olan er­mə­ni di­ni əs­lin­də, heç xris­ti­an­lı­ğa da aid bir şey de­yil­miş. Mə­sə­lən, bu gün sa­də er­mə­ni­lə­rin öz­lə­ri tə­rə­fin­dən də “gö­rə­sən, “xris­ti­an” adı al­tın­da nə vax­ta qə­dər ge­də bi­lə­cə­yik”, “ma­raq­lı­dır, “xris­ti­an­lıq” ol­ma­say­dı, müa­sir Er­mə­nis­tan olar­dı­mı” ki­mi su­al­lar baş qal­dı­rır­sa, de­mə­li, “sar­sıl­maz er­mə­ni gü­cü”nün si­la­hı olan er­mə­ni di­ni­nin özü lax bir şey­miş.

An­caq bu­nun üçün bir qə­dər əv­vəl­dən baş­la­maq zo­run­da­yıq. O vaxt­dan ki, er­mə­ni­lər lap müa­sir tö­rə­mə­lə­ri ki­mi Xal­kin­don Yı­ğın­ca­ğın­dan son­ra Tan­rı­ya və Oğ­lu İsa­ya ne­cə kə­lək gəl­di­lər...

Er­mə­ni­lə­rin xa­lis pro­vos­lav­lıq­dan dö­nüb, bi­dət­çi ol­ma­la­rı haq­qın­da do­la­şan söz-söh­bət­lər­dən­sə, pro­vos­lav ila­hiy­yat­çı­sı Oleq Ata­nın özü­nü din­lə­mək da­ha əf­zəl­dir. Onun söy­lə­di­yi­nə gö­rə, hə­lə xa­lis pro­vos­lav ol­duq­la­rı dövr­də er­mə­ni­lər bü­tün pro­vos­lav­la­rın Xal­kin­don Yı­ğın­ca­ğı­na gə­lir­lər və bu­ra­da mo­no­fi­zit­lik­dən (İsa­nı ila­hi­ləş­dir­mə­yə meyl) qə­ti ola­raq im­ti­na haq­qın­da qə­rar qə­bul edi­lir. O za­man bir qrup er­mə­ni Yı­ğın­ca­ğın bu qə­ra­rın­dan na­ra­zı qa­la­raq, ge­ri dö­nür­lər. Ge­ri­yə qa­yıt­dıq­dan son­ra­sa ha­mı­ya xə­bər ve­rir­lər ki, gu­ya Xal­kin­don Yı­ğın­ca­ğı mo­no­fi­zit­li­yi qə­bul edib. An­caq bu ya­la­nın üs­tü Xal­kin­don­da qa­lan er­mə­ni­lə­rin ge­ri qa­yıt­ma­sıy­la açı­lır. Er­mə­ni ye­pis­kop­lu­ğu isə özü­nə­vur­ğun­luq­dan və lov­ğa­lıq­dan hə­qi­qə­ti gör­mək­dən im­ti­na edə­rək, er­mə­ni kil­sə­si­ni İsa kil­sə­sin­dən uzaq sa­lır.

Be­lə­lik­lə, məhz bu dövr­dən baş­la­ya­raq, er­mə­ni kil­sə­si er­mə­ni­lə­rin ma­raq­la­rı­nı və mə­na­fe­lə­ri­ni xris­ti­an di­nin­dən, Tan­rı­dan və İsa­dan üs­tün tu­ta­raq, ta­rix bo­yu tək­mil­lət­li din və kil­sə ya­rat­ma­ğa na­il ol­du­lar. İn­di er­mə­ni kil­sə­si yal­nız xris­ti­an­lı­ğa eti­qad edən­lə­rin de­yil, həm də ey­ni ina­ma, ey­ni mə­nə­vi də­yər­lə­rə və ey­ni prin­sip­lər ət­ra­fın­da bir­lə­şən bü­tün xaç su­yu­na çə­kil­miş er­mə­ni­lə­rin bir­li­yi­dir.



İla­hiy­yat­çı Kronş­dats­ki ya­zır: “Pro­vos­lav­lı­ğın qay­da­la­rın­dan çox­dan uzaq dü­şən er­mə­ni kil­sə­si İsa Kil­sə­sin­dən tam təc­rid olu­nub ki, bu da din üçün ən qor­xu­lu meyl­dir. Yük­sək rüt­bə­li kil­sə xa­dim­lə­ri tə­rə­fin­dən (bu­ra­da ka­ta­li­ko­sa da ey­ham vu­ru­lur) ayin­lər­də bir sı­ra qey­ri-pro­vos­lav əməl­lə­rə yol ve­ri­lir. Mə­sə­lən, li­tur­gi­ya­nın duz­lu çö­rək­lə və su qa­tıl­ma­mış ça­xır­la ke­çi­ril­mə­si”.

Məş­hur din­şü­nas alim Pro­xor­şi­kov isə “Xalq ru­hu” əsə­rin­də er­mə­ni­lə­rin bu təc­ri­di­ni tək on­la­rın özü üçün yox, həm­çi­nin bü­tün xris­ti­an­lıq üçün bə­la sa­yır: “Er­mə­ni kil­sə­si özü­nü çox­dan xris­ti­an alə­min­dən təc­rid edib və bir­mil­lət­li kil­sə­yə çev­ri­lib. İn­di bu kil­sə baş­qa bi­dət­çi­lər­lə - ro­ma-ka­to­lik kil­sə­si­nin pa­pist­lə­ri ilə ya­xın­laş­ma­ya ge­dir”.

Hə­qi­qə­tən, er­mə­ni di­ni­nin xa­rak­te­ri­nə, ayin­lə­rin və dua­la­rın xü­su­siy­yət­lə­ri­nə fi­kir ve­rən­də gö­rür­sən ki, bu din pro­vos­lav­lıq­la çox cid­di, özü də əsas­lı su­rət­də fi­kir ay­rı­lı­ğın­da­dır.

Mə­lum­dur ki, Tan­rı və İsa­ya mü­na­si­bət­də pro­vos­lav­lıq or­ta möv­qe­də da­ya­nır, yə­ni İsa­nın in­san­lı­ğı və tan­rı­lı­ğı bə­ra­bər­dir. An­caq er­mə­ni kil­sə­si “Tan­rı­nın oğ­lu” İsa­nı cis­ma­ni ola­raq qə­bul et­mə­mək­dən əla­və, həm də İsa­nın in­san möv­cu­diy­yə­ti­nin Tan­rı­ya doğ­ru nə­zə­rə­çar­pa­caq də­rə­cə­də yer­də­yiş­mə­si­nə rə­vac ve­rir ki, bu da bi­dət­çi­lik­dir. Be­lə­lik­lə, bu kil­sə pro­vos­lav­lı­ğın tə­məl eh­ka­mı­nı ko­bud şə­kil­də po­zur və İsa­nın in­san­lı­ğı­nı onun tan­rı­lı­ğı tə­rə­fin­dən ta­ma­mi­lə udul­ma­sı­nı qə­bul edir.

Mü­qəd­dəs İq­na­ti Bryan­ça­ni­nov Qaf­qa­za sə­ya­hət­dən son­ra xa­ti­rə­lə­rin­də ya­zır­dı: “Er­mə­ni kil­sə­si pro­vos­lav­lı­ğa ya­xın­dır, an­caq on­lar uzun müd­dət tək­mil­lət­li kil­sə ol­duq­la­rı üçün qə­tiy­yən bi­dət­çi­lik­dən əl çək­mək is­tə­mir­lər. On­la­rın tək­mil­lət­li kil­sə ol­ma­la­rı bu adam­lar­da di­nə mü­na­si­bət­də mə­na­sız qü­rur his­si ya­ra­dıb. An­caq Tan­rı lov­ğa­la­rı heç sev­məz, on­la­ra xe­yir-dua ver­məz”.

Er­mə­ni­lər ta­ri­xin müx­tə­lif dö­nəm­lə­rin­də sa­bit və uzun­müd­dət­li döv­lə­tə sa­hib ol­ma­dıq­la­rı hal­da, bir­lik­lə­ri­ni qor­yub sax­la­ma­ğa na­il olub­lar ki, bu­na gö­rə də yal­nız ya­rat­dıq­la­rı bi­dət­çi kil­sə­yə borc­lu­dur­lar. Dün­ya­nın bü­tün er­mə­ni­lə­ri­ni bir ye­rə yı­ğan, Qa­ra­bağ­da dö­yü­şən Su­ri­ya, Efio­pi­ya er­mə­ni­lə­ri­ni də çə­kib bu di­ya­ra gə­ti­rən məhz bu din və bi­dət­çi­lik­dir. Be­lə ki, adı­çə­ki­lən öl­kə­lə­rin er­mə­ni­lə­ri də məhz ey­ni ide­ya­nın da­şı­yı­cı­la­rı­dır­lar.

Er­mə­ni­lər din­lə­ri­nə mü­na­si­bət­də ma­raq­lı əməl­lər sa­hi­bi­dir­lər. On­lar döv­rün tə­ləb­lə­ri­nə uy­ğun ola­raq, bə­zən ayin­lər­dən də mü­vəq­qə­ti ola­raq uzaq­la­şıb­lar. Mə­sə­lən, Ye­zi­din xə­li­fə­li­yi döv­rün­də er­mə­ni­lə­rə iko­na­lar qar­şı­sın­da dua et­mə­yi qa­da­ğan et­miş­di­lər. Bu za­man on­lar şə­kil­lə­ri ya­zı­lar­la əvəz edir­lər. Ya­xud qı­sa müd­dət ər­zin­də Tür­ki­yə­də ya­şa­yan er­mə­ni­lə­rin os­man­çı­lıq ide­ya­sı­nı qə­bul et­mə­lə­ri də bu bi­qə­lə­mun­lu­ğun gös­tə­ri­ci­dir.

Məhz bu ta­ri­xi ənə­nə­nin nə­ti­cə­si­dir ki, Er­mə­nis­tan iq­ti­dar­lı-mü­xa­li­fət­li, ki­şi­li-qa­dın­lı, qo­ca­lı-ca­van­lı əsr­lər­dən bə­ri tə­fək­kür­lə­rə hop­muş va­hid er­mə­ni mil­lə­ti­nin məm­lə­kə­ti­dir. Və nə­in­ki biz­lər­dən, hət­ta dün­ya­nın bü­tün qey­ri mil­lət­lə­rin­dən fərq­li ola­raq bu xalq öz keç­mi­şi­nə ay­rı-ay­rı, bir-bi­ri­lə əla­qə­si ol­ma­yan ha­di­sə­lər yı­ğı­nı ki­mi bax­mır, ək­si­nə mi­nil­lər bo­yu ya­şa­dıq­la­rı­nı mə­nə­vi mə­də­niy­yət ki­mi qə­bul edir. Er­mə­ni mil­lə­ti heç vaxt, heç nə­yi unut­mur. Da­xil­də bir-bir­lə­ri­ni qır­sa­lar be­lə, hə­mi­şə öz döv­lət­lə­ri­ni, döv­lət­çi­lik­lə­ri­ni hər şey­dən yük­sək­də tu­tub­lar.

Bütün bunlara nəzər salanda görürük ki, Er­mə­nis­tan bu gün qar­şı­mız­da yal­nız iş­ğal­çı bir məm­lə­kət ki­mi de­yil, həm də mil­lə­ti­nin uzun əsr­lər bo­yu bey­ni­nə yer­ləş­miş sər­səm ide­ya­la­rı­nı dəs­tək­lə­yən, bu ide­ya­la­ra sa­hib du­ran, on­la­rı dün­ya si­ya­sə­ti­nin ümu­mi xət­ti­nə sal­ma­ğa cəhd edən adam­la­rın rəh­bər ol­duq­la­rı bir döv­lət ki­mi da­ya­nır. Tə­səv­vür edir­si­niz­mi, hər han­sı öl­kə­nin xa­ri­ci iş­lər na­zi­ri qon­şu döv­lə­tin əra­zi­sin­də yer­lə­şən bir mə­kan, ya­xud böl­gə haq­qın­da ağ­zı ya­­na-ya­na da­nı­şır, bu­ra­nın ta­ri­xən öz­lə­ri­nə məx­sus ol­du­­ğu­nu de­yir, hət­ta bu yer­lə­rə id­dia edir. Be­lə bir “xoş­bəxt­­lik” və “şıl­taq­lıq” yal­nız Er­mə­nis­ta­na və onun döv­lət adam­la­rı­na nə­sib ola bi­lər. Bir zaman Er­mə­nis­tanın xa­ri­ci iş­lər na­zi­ri olmuş Os­kan­ya­nın məş­hur “National Geografe” dər­gi­si­nə ver­di­yi mü­sa­hi­bə­dən bir mə­qa­ma diq­­qət edin: “Ara­rat Ye­re­van­dan o qə­dər də uzaq de­yil, vur-tut 40 ki­lo­metr­dir. Və hər bir er­mə­ni sə­hər-sə­hər yu­xu­dan du­ran ki­mi yad əra­zi­də yer­lə­şən bu mü­qəd­dəs da­ğa həs­rət­lə ba­xır, san­ki əl uzat­san ça­ta­caq. Ara­rat er­mə­ni mil­lə­ti­nin ta­le­yin­də ən ağ­rı­lı yer­dir və hər bir er­mə­ni ina­nır ki, nə vaxt­sa çox azad şə­kil­də bu da­ğa çı­xa bi­lə­cək....”.

Bax, belə...

İlham Tumas

ATVxeber.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az