Yadigar Məmmədli: “Əli müəllimin fikirlərinin haqq veriləsi tərəfləri var...”

Yadigar Məmmədli: “Əli müəllimin fikirlərinin haqq veriləsi tərəfləri var...”

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”nda 2012-ci il ərzində “Diffamasiya haqqında” qanun qəbul etmək tövsiyəsi var. Ötən günlərdə Prezidentin İctimai Siyasi Əlaqələr Şöbəsinin rəhbəri saytların birinə müsahibəsində qeyd edib ki, Azərbaycan cəmiyyəti, dövləti və mətbuatı bu qanunun qəbul edilməsinə hazır deyil.

Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədli saytımıza bildirib ki, bu hər halda dövlət məmurunun media ilə bağlı düşünülməmiş münasibətidir: ”Təbii ki, Əli müəllimin fikirlərinin haqq veriləsi tərəfləri var. Bu ondan ibarətdir ki, jurnalist adını ləkələyən insanlar belə bir fikri deməyə əsas verir. Jurnalistikada peşəkarlıq və məsuliyyət aşağı səviyyədədir. Ona görə də qanun qəbul olunarsa, inkişafa töhfə verməyəcək”-deyə qeyd edib. Fikrimcə, media və cəmiyyət buna hazır olmasa da qanun qəbul olunmalıdır və bu bir örnək olmalıdır: “Hər dəfə də jurnalistlər, cəmiyyət həmin qanunun tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərməlidir”-deyən ekspert vurğulayıb ki, bu qanun irəliyə doğru addım olacaq. Ekspert əlavə edib ki, təqdim olunmuş qanun layihələri Mili Məclisin müvafiq qurumlarında müzakirə olunsun . “Ümumi müzakirələr çıxarılsın. Nəticədə isə bugünki Azərbaycanın şəraitinə, bizim istəklərimizə uyğun qanun qəbul edilsin. Bu qanun nə qədər tez qəbul olunsa, media və cəmiyyətimiz bir o qədər fayda görər”-deyə, fikrini tamamlayıb. 

Ramilə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az