Yağış yağacaq, güclü külək əsəcək – Hava proqnozu

Yağış yağacaq, güclü külək əsəcək – Hava proqnozu
Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az