Yakov Kedmi: "İsrail Azərbaycana silah satışını davam etdirəcək"

Yakov Kedmi:

"İsrailin Azərbaycanla məxsusi münasibətləri var və bunlar ilk növbədə həm İsrailə, həm də Azərbaycana tuşlanmış təhlükələrlə əlaqədardır". Miq.az xəbər verir ki, bunu virtualaz.org-a müsahibəsində İsrailin "Nativ" xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

Onun sözlərinə görə, İsrailin Azərbaycana satdığı silah növləri Azərbaycanın regional təhlükələrdən müdafiəsi məqsədini güdür.

"Əgər İsrail bu növ silahları Azərbaycana satmasa, Azərbaycan onları Avropanın, Asiyanın və Amerikanın digər ölkələrindən alacaq. Azərbaycanla Ermənistan arasındakı münaqişə problemi bu və ya digər ölkənin silahlarından qaynaqlanmır. Düşünürəm ki, İsrail Azərbaycana, əvvəllər olduğu kimi, silah satmaqda davam edəcək", - o belə deyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az