YAP-dan "Aztelekom" direktorunun həbsinə - Reaksiya

YAP-dan

Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədovun həbsinə münasibət bildirib.

 

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Report-a açıqlamasında deyib ki, kiminsə siyasi partiyada təmsil olunması onun hər hansı qanundankənar fəaliyyətini sığortalamır.

 

H.Paşayev qeyd edib ki, Məhəmməd Məmmədovun fəaliyyətində şübhələr aşkar edilib: "Ona görə də onu hüquq mühafizə orqanları saxlayıb. Hazırda istintaq aparılır. İstintaqın nəticəsinə uyğun olaraq qərarlar qəbul olunacaq. İstintaqın yekunundan asılı olaraq onun YAP sıralarında qalıb-qalmaması ilə bağlı qərar qəbul edəcək".

 

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 aylıq həbsqətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səaliyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə səhlankarlığı) maddələri ilə ittiham irəli sürülüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az