Yaponiyada silsilə partlayışlar - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

 Yaponiyada silsilə partlayışlar - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bu gün Yaponiyanın Utsunomiya şəhərində törədilən silsilə partlayışlar nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya polisi açıqlayıb.
Utsunomiya şəhəri xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

Hadisə yerində yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az