Azərbaycanlı tamaşaçıların etirazına səbəb olan “Yaxşı Cazibə” serialının son seriyasında baş verənlərə serialı çəkən şirkət aydınlıq gətirdi.
“Vətəninfo.az” olaraq, baş verənlərlə əlaqədar serialı çəkən “Süreç Film” şirkəti ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətinin rəhbəri Sərkan adlı şəxs bildirdi ki, filmin bu cür bitməsi ssenaridir:
“Bizim burada azərbaycan qadınını alçaltmaq, onları əxlaqsız kimi göstərmək fikrimiz yox idi. Bu sadəcə bir ssenaridir. Serialın Cazibəsi müqavilənin vaxtını uzatmadı. Biz də serialı bitirməyə məcbur olduq. Əgər bu sonluq Azərbaycanda narazılığa səbəb olubsa, biz Azərbaycan xalqından üzr istəməyə hazırıq”.
Qeyd edək ki, serialın ssenari müəllifi Gani Müjde sürpriz finalla bağlı Twitter vasitəsilə açıqlama verib:
“Biz Cazibə və Kamalla uşaqlı bir final planlaşdırırdıq. Lakin Aslıhan Gürbüz (Cazibə) son seriyaya gəlmədi. Cazibə xarakterini istəmədən də olsa, pis qələmə vermək məcburiyyətində qaldıq. Cazibə obrazını mən yaratdım, mən öldürdüm”.
Könül İbrahim
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?