«3 ay yay istirahətinizi yeni avtomobilinizlə səyahətlərdə keçirin, biz isə sizin avtomobil kreditinizi ödəyərik!”
Uzun iş mövsümündən sonra yayın istirahət imkanlarına yapon avtomobil nəhəngləri daha bir fürsət qatır. Honda, Mazda, Mitsubishi və Subaru brendlərinin Azərbaycandakı təmsilçisi bu brendləri seçənlərə yay fürsəti təqdim edir. Mayın 1-dən iyunun 30-dək alınan bu yapon avtomobillərinin 3 aylıq kredit ödənişi müştərilərə hədiyyə olunacaq.
Kredit 50% ilkin ödəmə, 14% illik və 3 il müddətinə təqdim edilir. Misal üçün, qiyməti 38 900 manat olan Mazda 6 High modeli alan şəxs kreditin 3 aylıq hissəsini - 1994 manat ödəməyəcək.
Xatırlatmaq yerinə düşər ki, yapon avtomobil sənayesinin nəhəngləri olan Mitsubishi-nin Outlander, Pajero və Attrage, Subaru-nun Forester, XV və Legacy, Honda-nın City və CR-V, Mazda-nın Mazda 6, Mazda 3 və CX-5 modellərinin 2015-ci il istehsalları artıq rəsmi distribüteri salonlarındadır.
Qeyd edək ki, yay fürsətindən faydalanıb nağd ödənişlə avtomobil almaq istəyənlərə isə xüsusi qiymətlər təklif olunacaq.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?