Ədəbiyyatın halı, əhvalı
Tünzalə Vəliqızı
“Yeni Səs” qəzetinin baş redaktoru Moskva
Qəribə bir tendensiya formalaşıb. Ədəbi-mədəni sahənin nümayəndəsi kasıb olmalıdır. Van Qoq, Gogen kimi hər şeydən imtina etmək, özünlə, sənətinlə baş-başa qalmaq! Yaxşı örnək, gözəl tövsiyyədir. Bir yandan bunun belə olması ilə razılaşır, digər tərəfdən də “paylanandan mənə də ver”-deyə didişmədəyik. Iki halda bu mümkündür. Ya hay-küy salıb qaragüruhçu olacaqsan. Bununla özün görünəcəksən ki, sözün zorla qulaqlara çatsın. Ya da kiməsə yaxın olub tərifləyəcəksən.
İnsanımızın içində qəribə bir “tanınmaq” virusu dolaşır. Hər kəs adının haradasa bir yerdə yazılmasını, bir kitabın titul səhifəsində olmasını istəyir. İstəmək və haqq eləmək. Və mənzərəyə baxin. Bir çox hallarda hər kəsin “heç kim” bilidiyi biri özünü təqdim edir və ondan yağlı müsahibələr götürülür. Oxucu ya tamaşaçı da bu heç kimlə tanış olur və aldadılır. Gunahkar kimdir? Qarşı tərəfi suçlayan, hər zaman qərəzsiz, doğru, dəqiq xəbərin ünvanı olduğunu iddia edən biz-jurnalistlər. İndi bizdə ədəbiyyat da bu dönəmdən keçir. Hamı yazır. Əslində bunda pis bir şey yoxdur. Pis olan bir- iki yazıdan sonra “havaya” girib ustadlarını bəyənməmələridir. Aşıq Ələsgərin məhşur beyti var: “Bir şəyird ki, ustadına kəm baxa, onun gözlərinə qan damar, damar”. İndi ustadlıq edən yazarlarımız da yoxdur deyəcəksiniz. Amma yazdıqlarının təsiri altına düşüb içimizdə yazmaq hissi yaradacaq imza elə ustad sayılır. Ədəbiyyat şou-ədəbiyyat olanda isə...
Sözün senzor qayçısı altında olan vaxtlarında tanınmış jurnalist Hamlet Qasımov “Qaçın, müxbir gəlir!” sərlövhəli yazı yazdı kommunust partiyasının orqanı olan “Xalq qəzetində”. İndi bu ifadəni “Qaçın, yazıçı, şair gəlir” kimi də işlətmək olar. Həm də necə gəlir. İddia ilə. Səddləri, sərhədləri dağıradaq. Başlanğıcını haradan aldığını biməyən məhəllə arxları özünü çay bilir və mütləq dənizə tökulub çaylıqdan çıxacağını dünüşürlər. Oysa, hər çayın axarı olsa da axırı dənizə tökülməz. İndi bunu belə söyləmək qərəzli səslənəcək. Amma mənim tənqid edən və ya tənqid olunana yanaşmam, sadəcə bunu mənəvi haqqı olanların etməsindən dolayıdır.
"Qartala daş atan qarğa"lar və ya mədhiyyə deyənlər məmləkətində azad fikir, azad baxış adı altında özünü iki ayrı qütbə aid edənlərin eyni niyyətdə toqquşmasına mat qalmaya bilmirsən. Hər ikisinin istəyinin sonunda “qənimət” durur. Bunu maddi və mənəvi anlamda da başa düşmək olar. “Kimsə bütdür, onu tənqid etmək olmaz!” –deyə bir şey yoxdur! Amma arifin nadan dilində ucuzlaşdırılmasında günahkar kimdir? Bax bu anlaşılan deyil. Anar Rzayevi yazdıqlarından tanıdıq sevdik. "Bəş mərtəbəli evin altıncı mərtəbəsi"ndən baxıb, hər birimizin altıncı hissinə toxundu, "səndə də bu hiss var"-dedi. Bizə icimizə baxmağı öyrətdi. Gah "Vahimə"yə salıb kölgəsiylə mübarizə aparanları vicdanıyla üz-üzə qoydu. "Ağ qoc, qara qoc" utopik əsəriylə əslində reallığı təsvir edib onun iki ucunu göstərdi. Cəsarətsizdirmi, susqundurmu? Sövetlərin qurultaylar salonunu silkələyən bir şəxsiyyətdən umduğumuzun acığıdırmı yoxsa, bu ona qarşı durmalar?! Ya vaxtında getməyini istəməyimizmi? Yol ver, bu Kafka, Markeş dairəsində fırlanan, iki -üç dünya ədəbiyyatının seçilmiş nümayəndələrinin adını əzbərləyib, sitatından sitat gətirməklə özünü düha bilən gənclərə. Onlar ədəbiyyatı çiyinlərində daşımaq istəyirlər. Soruşmadan, Azərbaycan ədəbiyyatı klassiklərini belə dilinə bulayıb, onlarda qüsür axtararlar. O zamana kimi ki, bunlara ver yerini. Mən onların yeri olmasın demirəm. Amma bunu belə radikal və acımasız şəkildə etmək nə dərəcədə doğrudur? Mənim Anar yaradıcılığına münasibətim, onun əvəzolunmaz yazar olduğunu və heç də sitat gətirdiklərimizdən pis qələm sahibi olmamasını qəbul edecəyim qədər müsbətdir. Sadəcə barışmadığım bir məqam- ayrıd edib, yol göstərib, söz demək varkən, seyrçi mövqeyini seçməsidir. Bu ədəbiyyatin təəssubkeşi olmalı, ağsaqqal sözu demək gərəkdiyində bu missiyanı vəzifə şəklində deyil, mənəvi borc şəklində yerinə yetirməliykən heç nə deməməsiylə barışmadım hər zaman. Bu gün "əngəl olan" kimi tənqid edilməməsi, suni-şəkildə mudafiə olunmağa suruklənməməsi üçün özu hücumçu mövqeyinde durmalıydı. Alaq otunu təmizləməsən o məhsulu yeyib bitirəcək. Bu gün alağı bitkisinə qarışmış ədəbiyyatın məhz Onlara ehtiyacı var idi. Yazıçı Anarın itirdiyi məqam budur! Qazandığı isə, təkrarolunmaz qələmi! Qəbullansalar da, qəbullanmasalar da bunu onun əlindən ona qarşı duranlar da ya başqası ala bilməz! Anar müəllim, istedadlının istedadsızlar icində əriyib getməməsi, ruhdan düşüb qələmini qınına qoymaması üçün Sizin timsalınızıda ədəbiyyat bilicilərimizin "ədəbi qınaq" formalaşdırması və ona yiyə durması vacib idi. Mənim Sizdən-xalqımın yazarından umduğum budur!Bir az gec olsa da!