Yeni deputatdan Nazpəriyə dəstək

Yeni deputatdan Nazpəriyə dəstək

"Xalq artisti Nazpəri Dostəliyevanın efirdən uzaqlaşdırılması düzgün mövqe deyil”.

Vizual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında N. Dostəliyevanın doğulduğu bölgədən millət vəkili seçilmiş Tahir Kərimli deyib.

O bildirib ki, N.Dostəliyevaya qarşı olan qadağalar bir zamanlar Xalq artisti Zeynəb Xanlarovaya qoyulmuşdu:

"Zaman keçdi xalqın ona qarşı sevgisi üzə çıxdı və tələb etdilər ki, Zeynəb Xanlarova efirə çıxsın. Xalqın tələbi ilə Zeynəb Xanlarova efirə qayıtdı. Nazpəri Dostəliyeva da Xalq artistidir, sevilən bir sənətkardır. Onun gözəl mahnıları olub, tarixə düşən ifaları, xidmətləri var”.

T.Kərimli qeyd edib ki, N.Dostəliyevanın televiziya kanallarına buraxılmaması ilə bağlı heç bir rəsmi sənəd yoxdur:

"Əgər belə bir sənəd varsa, onda onu ANS niyə efirə buraxır? Bu, yalnız televiziya kanallarının canındadır. Mən bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin müvafiq strukturları ilə görüşüb müzakirə aparacam. Çalışacam ki, onların qarşısında bu məsələləri qaldırım. Sənətçinin bütün xidmətlərini nazirə çatdıracam. Necə olar bilər ki, prezident qiymətləndirdiyi şəxsi başqa kanallar efirə buraxmasın?”

Xatırladaq ki, Xalq artisti N.Dostəliyeva mətbuata açıqlamasında ANS televiziyasından başqa bütün kanalların ona qadağa qoyduğunu bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az