Yeni ili bu ölkələrdə qarşılamaq daha ucuzdur

Yeni ili bu ölkələrdə qarşılamaq daha ucuzdur

Yeni ilin gəlişi ilə əlaqədar olaraq, artıq insanlar bu bayramı hansı ölkələrdə keçirəcəklərinə qərar veriblər.

Vizual.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu il yeni il tətilini xaricdə keçirmək istəyənlərin sayında nisbətən azalma olsa da yenə xaricə üz tutanlar kifayət qədərdir. Yerli turizm agentliklərindən aldığımız məlumata görə azərbaycanlılar, Yeni ili Gürcüstan, Rusiya, Dubay və Türkiyədə keçirməyə üstünlük verirlər.

Turizm agentlikləri hər il, məhz, bu ölkələrə ucuz turlar təşkil edirlər. Nəticədə insanlar xarici ölkədə yeni ili həm daha ucuz, həm də daha maraqlı keçirməyə nail olurlar.

Turizm agentliklərindən birinin meneceri Suzanna Vəliyevanın sözlərinə görə, Avropa ölkələri ilə müqayisədə qonşu ölkələrə getmək vətəndaşlarımızın cibinə uyğundur:

"Məsələn, əgər siz 4 gecə 5 gün Gürcüstana getmək istəyirsinizsə, onda, 400- 500 manat sizə kifayətdir. Amma eyni tarixdə Gürcüstandan ölkəmizə gələn turist dəfələrlə artıq pul xərcləməlirdir. 5 günlük Dubaya, Moskvaya, İstanbula səyahət də sizə Azərbaycanın bölgələrində bölgələrində istirahətdən daha ucuz başa gələ bilər", - deyə turizm şirkətindən bildirdilər.

 
 

Bundan əlavə, əksər insanlar heç də Türkiyə və Gürcüstana getmək üçün turist agentliklərinə müraciət etmir. Onlar səyahət planını şəxsən özləri qururlar. Bu zaman onlar xarici ölkələrə turist kimi deyil, sadəcə, qonaq kimi gedirlər. Eyni vəziyyət xaricdə yaşayan azərbaycanlılara da aiddir. Belə ki, bayramlarda, əsasən, vətəndaşlarımız öz qohumlarına, yaxınlarına baş çəkməyi daha üstün tuturlar.

Buna görə də hər il ölkəmizə gələn xarici vətəndaşların (əslən azərbaycanlı olanlar da buraya daxildir) sayı çox olur. Bu il isə qonşu ölkələrinin iqtisadi durumu aşağı olduğundan və bəzi ölkələrdə terror və ölkədaxili hadisələr insanların digər ölkələrə səfərlərinin azalmasına səbəb oldu.

 

Rəsmi məlumata əsasən, bu il ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən azalıb. Belə ki, cari ildə ölkəmizə 2 milyon 500 minə yaxın turist gəlib. Halbu ki, bu rəqəm ötən il 2 milyon 800 min idi.

İqtisadi Təşəbbüslərə yardım ictimai birliyinin sədri Azər Mehdiyev deyir ki, ölkəmizə daxil olanların hamısını turist adlandırmaq düzgün deyil:

"Mədəniyyət və Turizm nazirliyi ölkədə, məhz, turizm xidmətlərindən yararlanan və ya ölkə mühitinin dəyişikliyindən yaralanaraq, bura gəzməyə gələn, ölkəni tanımaq üçün gələn insanları müəyyənləşdirməlidir. İl ərzində azərbaycanlıların dəfələrlə öz valideynlərinə, qohumlarına baş çəkmək üçün ölkəmizə gəlməsi insanların müxtəlif formalarda vəsait xərcləməsinə gətirib çıxara bilər. Amma bu turistlərin gəlməsi demək deyil. Turist - ölkəyə iş qurmağa, ölkəni öyrənməyə, istirahət etməyə gələndir", - deyə ekspert bildirdi.

Azər Mehdiyev - İqtisadiyyat təşəbbüsü yarım ictimai birliyinin sədri


Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Mirşahin Ağayevlə müsahibəsində bu məsələyə toxunaraq, bu il ən çox Rusiyadan gələn əcnəbilərin sayı azaldığını deyib. Çox güman ki, onların müəyyən bir hissəsini həmvətənlərimiz təşkil edir.

Ümumilikdə bu il ölkəmizə üz tutan turistlərin sayında azalmanın əsas səbəbi dünya ölkələrində iqtisadi vəziyyətin aşağı düşməsi ilə əlaqədardır. Lakin hesablamalara görə, cari il ölkəmizə gələn xarici vətəndaşların xərclədiyi məbləğin sayı 1 milyard 400 minə yaxındır. O ki qaldı bizim ölkədən vətəndaşların xaricə daha çox üstünlük vermələrinə, biz heç kimə deyə bilmərik ki, Azərbaycanda istirahət elə, başqa ölkəyə getmə", - deyə nazir əlavə edib.

 

Əbülfəz Qarayev - Mədəniyyət və Turizm naziri

  

Amma vətəndaşlarımızın istirahət üçün xaricə üz tutmaması və hər il turistlərinin sayının çox olması üçün xidmətlərin keyfiyyəti daha da artırılmalı və münasib qiymətlər təklif olunmalıdır. Çünki turizm dünyada ən gəlirli sahələrdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində bir sıra ölkələr turizm sektorunda liderlik edir. Təbii ki, bu sektorun inkişafı Azərbaycanın da turizm sahəsindən əldə etdiyi gəlirlərin artmasına şərait yaradar.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az