Yeni layihə: Sosial şəbəkələrdə qadınları daha aldada bilməyəcəklər

Yeni layihə: Sosial şəbəkələrdə qadınları daha aldada bilməyəcəklər
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Victory Organization 25 aprel 2016–ci il 25avqust 2016-cı il tarixdək ölkədə insan alveri ilə mübarizə üzrə virtual hərkata start verir. 

AzNews.az-ın məlumatına görə, hərkatın məqsədi, sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır. 

Son illər beynəlxalq cinayətkarlıq statistikasına nəzər yetirdikdə məhz insan alveri qurbanlarının virtual şəbəkələr vasitəsilə cəlb edilməsi tendensiyası diqqəti cəlb edir. Gənclərimizin bu cür cinayətlərin qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə virtual hərəkata start verilir. 

Hərakatın digər missiyası gənclərin məlumatlandırılması, insan alveri cinayətinə cəlb etmə prosesinin qarşısının alınması, çətinlikdə olan gənclərə yardımların göstərilməsi kimi fəaliyyətlərdir.

Kampaniya boyu müxtəlif məzmunlu mesajlar və mətnlər hazırlanacaq, insan alveri cinayətinə cəlb edilmək ehtimalı olan gənclərin zəng vura biləcəyi telefon nömrələri yayılacaq

Gənclər onları narahat edən digər məslələrlə bağlı da zəng vurub məsləhət ala biləcək.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi AzNews.az-dır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az