Yeni nazir hansı kadr dəyişikliyi etdi? - Açıqlama

Yeni nazir hansı kadr dəyişikliyi etdi? - Açıqlama

Vergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 15 müşaviri də iş başındadır.

Bu barədə Axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb:

"Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov Vergilər naziri Fazil Məmmədovu vəzifəsindən azad edilib. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az