"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Aydın Bəşirov Yaxt klubdan "Vətən" gəmisinin yoxa çıxması ilə bağlı xəbərə münasibət bildirib.
Vətəninfo.az-ın Lent.az-a istinadla məlumatına görə, A.Bəşirov bildirib ki, həmin gəmi artıq sahibinə qaytarılıb: "Bildiyimə görə, gəmi artıq sahibindədir. Digər deyilənlərə gəlincə, belə söz-söhbətlərə qulaq asmaq lazım deyil".
Qeyd edək ki, bu günlərdə polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını
bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır
və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki,
yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz
əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını
xahiş edib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin
tabeliyində olan Yaxt Klub rəhbərliyi də ərazisindən katerin oğurlanması
ilə bağlı xəbərə münasibət bildirib. Yaxt Klubun mətbuat xidmətinin
rəhbəri Əhməd Əsgərov bildirib ki,
oğurlandığı iddia edilən 65 metrlik gəminin sahibi əslində QSC-nin
keçmiş rəisi Aydın Bəşirovun oğludur: "Gəminin sahibi QSC-nin keçmiş
rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin
gəmi itməyib və gəminin fotolarını sizə təqdim edəcəyik. Yaxt Klubdakı
dayanacağa gəlincə, ora pullu və müqavilə əsasında fəaliyyət göstərir.
Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da
qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq
məqamlar və suallar mövcuddur".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ