Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb.
01 may 2015-ci il tarixindən başlayaraq ayrı-ayrı qruplara bölünmüş yürüş iştirakçıları təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib. Artıq xalqın ziyarətgahına çevrilmiş “Heydər zirvəsi”nə 01-11 may 2015-ci il tarixlərində Azərbaycanın bütün bölgələrindən ümumilikdə 600-dən artıq ziyarətçi qalxaraq dövlətimizin və ölkəmizin qurucusuna olan səmimi sevgisini, ehtiramını bu möhtəşəm yürüşə qoşulmaqla ifadə edib.
Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?