Zabil 40-ı haqlamadı, amma qəlblərdə 40 illik xətri qaldı

Zabil 40-ı haqlamadı, amma qəlblərdə 40 illik xətri qaldı
Tanınmış jurnalistin vəfatından bir il keçdi

Tanınmış jurnalist Zabil Müqabiloğlu ötən il fevralın 26-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Zabil Müqabioğlu 20 ilə yaxın mətbuatda fəaliyyət göstərib, şerlər yazıb. "525-ci qəzet”, "Yeni Müsavat” qəzetlərində çalışıb. Ölkənin aparıcı mətbuat orqanlarında rəhbər vəzifələr tutan jurnalistin son iş yeri Günxeber.com informasiya portalı (portalın təsisçisi və baş redaktoru) olub.
Özündən sonra bir oğlu yadigar qalsa da tanınmış jurnalistin hazırda oğlunun da müalicəyə ehtiyacı var.
Z.Müqabiloğlu 1977-cil il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdu. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.
40-ı haqlamadı, amma həmkarlarının qəlbində 40 illik xətri qaldı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az