Zakir Həsənov MDB generalları ilə görüşəcək
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tacikistan paytaxtı Düşənbə şəhərinə yola düşüb.
Miq.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşüb.
Daha öncə general-polkovnik Zakir Həsənov Belarus paytaxtı Minskdə səfərdə olmuşdu.
Miq.az