Zaxarova: Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək

Zaxarova: Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.

Miq.az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: "Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq".
M. Zaxarova Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd etdik. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur".
XİN sözçüsü nazir S. Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini də söyləyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az