Zərdabda nə baş verir?-“Pambıq yığımına gəlməyən işdən çıxarılacaq!”

Zərdabda nə baş verir?-“Pambıq yığımına gəlməyən işdən çıxarılacaq!”

İşçilərin coxuna paltarını dəyişməyə belə imkan verilməyib, maşınlara basıb tarlalara aparıblar.

Xəbər verdiyimiz ki, bu gün Göyçay rayonunda səhiyyə işçiləri pambıq yığımına cəlb edilib. Göyçay rayon Mərkəzi Xəstəxanasının "Facebook” səhifəsində bu haqda məlumat və foto yerləşdirilib. Amma mətbuat bu haqda yazmağa başlar-başlamaz mətn səhifədən yığışdırılıb.

Miq.az "AzPolitika.info”ya daxil olan məlumata istinadən xəbər verir ki, oxşar hadisə bu gün Zərdab rayonunda da baş verib. Səhər işə gedən büdcə təşkilatlarının işçilərindən təcili pambıq yıgımına getmələri, yıgıma getməyənlərin də işdən azad olunacaqları bildirilib. "İşçilərin coxuna paltarını dəyişməyə belə imkan verilməyib, maşınlara basıb tarlalara aparıblar. Daha sonra isə, icra hakiminin müavinləri Pərvin və Rəhman adlı şəxslər tarlada işləyənlərin SAYINI yoxlayıb. İşçilərə də tapşırığın Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tərəfindən verildiyi bildirilib”, deyə mənbə bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az